Peşə Standartları

Ofis meneceri
Ofis meneceri
Ofis meneceri hər bir sahə və xidmət növləri üzrə ofislərdə fəaliyyət və ehtiyatları planlaşdırır, onlara nəzarət edir. O, inzibati sistemlərə, ofis avadanlıqlarına, eləcə də ofisin inzibati işçi heyətinin fəaliyyətinə nəzarət edir. Onlar xüsusi layihələr və bu layihələrdə çalışan şəxslərə nəzarət edə bilərlər.
Optika məsləhətçisi
Optika məsləhətçisi
Optika məsləhətçisi çərçivələrin seçilməsi ilə əlaqədar müştəriyə kömək edir, müştəri üçün eynəyin ölçüsünü müəyyən edir, eləcə də çərçivələri optik vasitəyə dair resept ilə əlaqələndirir. Optik avadanlıqlardan istifadə etməklə eynək və ya linzaları təyin edir.
Sifarişlər üzrə nümayəndə
Sifarişlər üzrə nümayəndə
Sifarişlər üzrə nümayəndə müəyyən şirkət üçün sifarişlərin qeydiyyatını aparır, sifarişləri telefon, poçt, internet vasitəsi ilə və ya şəxsən qəbul edir. Sifarişlər üzrə nümayəndələrin bir qismi məsafəli, digər bir qismi isə şirkətin ərazisində işləyir. Sifarişlər üzrə nümayəndə daxil olan bütün sifarişləri qəbul edir, eləcə də məhsul və ya xidmət barədə müştəriyə məlumat verir. Onun vəzifələrinə, eyni zamanda, sadə müqavilələrin hazırlanması, eləcə də qəbzlər, qiymətlər, göndəriş tarixləri, ləngimələr və şikayətlərə baxılması ilə əlaqədar müştərilərin məlumatlandırılması daxildir.
Nəqliyyat vasitələrinin rəngsazı
Nəqliyyat vasitələrinin rəngsazı
Nəqliyyat vasitələrinin rəngsazı metal, plastik və ya qarışıq materiallardan ibarət olan səthləri rəngləmə prosesi üçün hazırlayır, müasir maşın, avadanlıq və alətlərdən istifadə etməklə rəngləmə, pardaxlama işlərini yerinə yetirir və tamamlayır. Zədələnmiş səthləri silinməz şəkildə təkrar rəngləyir.
Fotoqraf
Fotoqraf
Fotoqraf portretlər, kartoqrafiya, reklam kampaniyaları, eksponatlar, audio-vizual proqramlar, sənədli filmlər, şəxsiyyət vəsiqələri və qrafik materiallar üçün fotoqrafiya vasitələrindən istifadə edir və onları hazırlayır.
Təchizat üzrə menecer
Təchizat üzrə menecer
Təchizat üzrə menecer materiallara olan daxili tələbləri öyrənir, ən münasib tenderləri, çərçivə razılaşmalarını və ya təchizat üzrə təklifləri hazırlayır. O, satınalma və təchizatları izləyir, sifarişlə bağlı tələbləri emal edir. O, həmçinin alınan mal və xidmətlərin vaxtında çatdırılmasını, alıcının texniki şərtlərinə cavab verməsini təmin edir.
Satınalma üzrə nümayəndə (kənd təsərrüfatı məhsulları)
Satınalma üzrə nümayəndə (kənd təsərrüfatı məhsulları)
Kənd təsərrüfatı məhsulları üzrə satınalma nümayəndəsi emal etmək və ya təkrar satmaq üçün kənd təsərrüfatı məhsullarının alışının təşkil edilməsi ilə məşğuldur. Kənd təsərrüfatı məhsulları üzrə satınalma nümayəndəsi qiymətləri araşdırır, müqavilələrin bağlanması, yola salma və çatdırılma tarixlərinin müəyyən edilməsi işlərini həyata keçirir. O, qəbul olunan məhsulun razılaşmaya uyğun olmasına əmin olmaq üçün məhsulun keyfiyyətini yoxlayır, bildiriş və ödənişlərin vaxtında, təchizatçı ilə razılaşdırlan qaydada yerinə yetirilməsinin təmin edilməsi üçün məsuliyyət daşıyır.
Satınalma üzrə nümayəndə (əczaçılıq məhsulları)
Satınalma üzrə nümayəndə (əczaçılıq məhsulları)
Əczaxana və kimyəvi məhsulların istehsalı üçün ehtiyatlar, materiallar və əczaçılıq məhsullarının təchizatını həyata keçirir. Təchizatın yüksək keyfiyyətdə, tələb olunan vaxt çərçivəsində və xidmətin ən münasib qiymətə göstərilməsinin təmin edilməsi məqsədi ilə satınalma üzrə nümayəndə satıcılarla sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərir. Müəssisə və təchizatçılar arasında razılaşmaların əldə olunması üçün danışıqlar aparır və müəyyən edilən limit çərçivəsində müqavilələr bağlayır. Bundan başqa, satınalma üzrə nümayəndə satın alınan məhsulların keyfiyyətinin yoxlanılması və çatdırılmanın sifariş edilməsi, müqavilə üzrə göstərilən qiymətlərə riayət olunması, təsdiqlənməsi və qəbzlərin yoxlanmasına məsuliyyət daşıyır.
Satınalma üzrə nümayəndə (metal məmulatları)
Satınalma üzrə nümayəndə (metal məmulatları)
Metal məmulatları üzrə satınalma nümayəndəsi müəssisənin və ya təşkilatın ehtiyac duyduğu metal мəmulatlarının sifarişini həyata keçirən satınalma və ya təchizat şöbələrində çalışır. Müştərinin sifariş tələblərini qarşılamaq və inventar ehtiyatını tələb olunan səviyyədə saxlamaq üçün sifarişlərin vaxtında edilməsi və materialların çatdırılması üçün məsuliyyət daşıyır. O, həmçinin sifarişləri nəzərdən keçirir, məhsullar, onların hazır olması və qiymətlər haqqında məlumat almaq üçün satıcılarla danışıqlar aparır. Bazar qiymətləri haqqında biliklərə əsaslanaraq ən uyğun qiyməti hesablayır.
Satınalma üzrə nümayəndə
Satınalma üzrə nümayəndə
Satınalma üzrə nümayəndələr satınalma və ya təchizat şöbələrində çalışırlar və materiallar, ehtiyatlar, alətlər, inventar, eləcə də şirkət və ya təşkilatlar tərəfindən tələb olunan hər hansı digər növ təchizatlarla əlaqədar sifarişləri yerinə yetirirlər. Onlar tenderlərin vaxtında başlanması və ya müştərilərin sifarişləri ilə əlaqədar tələblərinin cədvəl üzrə vaxtında qarşılanması üçün materialların çatdırılması ilə bağlı satınalma üzrə sifarişlərin yerləşdirilməsi və anbarlarda olan ehtiyat səviyyəsinin təsdiq edilmiş təlimatlar çərçivəsində saxlanmasına məsuliyyət daşıyırlar.
Soyuducu ustası
Soyuducu ustası
Soyuducu ustası evlərdə, mağazalarda, fabriklərdə, ofis binalarında və xəstəxanalarda sənaye, kommersiya və məişət soyuducularını qurur, yerləşdirir, texniki xidmət göstərir, təmir işlərini həyata keçirir. Soyuducu ustasının xüsusi peşə vəzifələri sırasına soyutma hissə və sistemlərinin qurulması, onlara texniki xidmətin göstərilməsi, təmir və dəyişmə işlərinin həyata keçirilməsi daxildir.
Satıcı
Satıcı
Satıcı topdan satış mallarını, eləcə də pərakəndə malları təşviq edir və satır. O, məhsulların dəyəri, keyfiyyəti, onların istifadəsi, davamlılığı, üstünlükləri, satış şərtləri və qiymətlərlə əlaqədar müştərilərin seçim etməsinə köməklik göstərir, mümkün qədər effektiv şəkildə məhsullar haqqında məlumat verir, onları nümayiş etdirir. Eyni zamanda, yarmarkalar və tədbirlər zamanı məhsulların satışını da həyata keçirir.