Peşə Standartları

Gəmi aşpazı
Gəmi aşpazı
Gəmi aşpazı gəmi heyəti üçün sadə və əsas xörəkləri hazırlayır, muxtar üzmə şəraitində heyət üzvlərinin tələbatını nəzərə almaqla çörək və çörək məmulatlarını bişirir, eyni zamanda həyəcan siqnalları üzrə öhdəlikləri yerinə yetirir.
Gəmidə kran operatoru
Gəmidə kran operatoru
Gəmidə kran operatoru kran mexanizm və konstruksiyalarını istismar edir, onlara texniki xidmət göstərir və profilaktik təmir işlərini həyata keçirir. Operator ya krana birləşdirilmiş kabinədə, bəzi hallarda yerdən yüksəkdə və ya krana əyani nəzarət etmək imkanı verən kənar nəzarət mərkəzində əyləşir və kranlara pedallar, linglər, nömrələr, kabel və ya kabelsiz elektron panellər, keçiricilər və çubuqlar vasitəsilə nəzarət edir.
Matros
Matros
Matros müxtəlif gəmi işlərini yerinə yetirir, gəmi gövdəsinin, göyərtənin üst qurumlarının, yük anbarlarının və digər gəmi bölmələrinin, ballast və şirin su sistem və çənlərinin, xilasetmə vasitələrinin, yanğına qarşı mübarizə qurğularının texniki istismarı, gəminin verilən istiqamətdə idarə edilməsi, yanalma, eləcə də yükvurma və yükboşaltma əməliyyatlarını köməkçi səviyyəsində həyata keçirir.
Nəqliyyatda yüksək gərginlikli elektrik verilişi xətlərinə və kontakt şəbəkəsinə xidmət edən elektrik montyoru
Nəqliyyatda yüksək gərginlikli elektrik verilişi xətlərinə və kontakt şəbəkəsinə xidmət edən elektrik montyoru
Nəqliyyatda yüksək gərginlikli elektrik verilişi xətlərinə xidmət edən elektrik montyoru şəhərdaxili və şəhərlərarası dəmiryol şəbəkələrində elektrik verilişi xətlərinin və kontakt şəbəkəsinin quraşdırılması və təmir-təftiş işlərinin aparılması ilə məşğul olur. O, həmçinin elektrik mühərrikləri və siqnalizasiya sistemlərinə texniki xidməti də həyata keçirir.
Lokomotiv maşinisti
Lokomotiv maşinisti
Lokomotiv maşinisti texniki istismar qaydalarının, qüvvədə olan təlimatların, əmrlərin və göstərişlərin tələblərinə uyğun olaraq dəmir yolunda olan hər bir lokomotivin təhlükəsiz və effektiv şəkildə işləməsini təmin edir, qatarların idarə olunmasını və manevr işini müəyyən edilmiş qaydada yerinə yetirir. Bu peşə sahibi həmçinin lokomotiv briqadası heyətinə daxil edilən işçilərə rəhbərlik edir.
Gəmidə elektromexanikmühəndis
Gəmidə elektromexanikmühəndis
Elektromexanik elektrik qurğularının, gəmi elektrik stansiyalarının, elektrik şəbəkələrinin, bölüşdürücü qurğuların, bütün elektrik ötürücü mexanizm və qurğularlarının elektrik hissələrinin, avtomatlaşdırma və nəzarət vastələrinin, telefon rabitəsinin, siqnal sisteminin, habelə elektroradionaviqasiya qurğuları təchizat mənbələrinin və elektromexaniki vəsaitlərin etibarlı işləməsi, düzgün texniki istismarı və texniki vəziyyəti üçün cavabdehlik daşıyır.
Şturman (Kapitanın növbə köməkçisi)
Şturman (Kapitanın növbə köməkçisi)
Gəmilərdə kapitanın növbə köməkçisi növbə rəisidir, gəmini müstəqil idarə edir və gəminin, onda olan adamların həyatının təhlükəsizliyi, öz növbəsində istehsal tapşırıqlarının yerinə yetirilməsi, gəmi işlərinin təhlükəsiz təşkili, yük əməliyyatları və bağlama işləri zamanı təhlükəsizlik texnikası qaydaları, habelə yanğın təhlükəsizliyi və sanitar qaydalarına riayət olunması üçün məsuliyyət daşıyır.
Sərnişin qatarında bələdçi
Sərnişin qatarında bələdçi
Dəmir yol nəqliyyatında bələdçilər vaqona və sərnişinlərə nəzarət edir, eləcə də sərnişinlərin və vaqonun təhlükəsizliyinə cavabdehlik daşıyırlar. Onlar qatarın şəxsi heyəti ilə bütün fəaliyyətləri əlaqələndirir, biletləri toplayır, sərnişinlərə qatara minməyə və düşməyə kömək edir, sərnişinlərin suallarını cavablandırır, sərnişinlərin təhlükəsizliyinə nəzarət edir və bütün zəruri elanları sərnişinlərə çatdırır.
Dəmir yolunun tikintisi və təmiri işçisi
Dəmir yolunun tikintisi və təmiri işçisi
Dəmir yolunun tikintisi və təmiri işçisi həm yeni tikintilərdə, həm də dəmiryol yataqlarının və digər müvafiq strukturların təmir və bərpa prosesində iştirak edir. O, əl alətlərindən və xüsusi texnikadan istifadə etməklə ballastı təmin edir, yatağı örtür, relsləri döşəyir və tənzimləyir.
Dəmiryolu dispetçeri
Dəmiryolu dispetçeri
Dəmir yolu dispetçeri qatarların hərəkətinə nəzarət edir, onları istiqamətləndirir, qatarların mənzil başına təhlükəsiz və vaxtında çatmasını təmin etmək üçün lazımi tədbirlər görür.
Nəqliyyat parkı dispetçeri
Nəqliyyat parkı dispetçeri
Nəqliyyat parkı dispetçeri sərnişinlərin və ya yüklərin daşınması üçün nəqliyyat vasitələrinin hərəkətinə nəzarət edir və istiqamələndirir. O, sərnişinlər və ya yüklərin təyin olunmuş yerə salamat və vaxtında çatmasını, daşıma prosesinin mümkün qədər az xərc tutmasını təmin etmək məqsədi ilə yol hərəkətinə nəzarət edir. Dispetçer, həmçinin sürücülərin və əməliyyata cəlb olunan əlaqədar işçilərin fəaliyyətini idarə edir, bu zaman qanunvericilik çərçivəsində effektiv şəkildə işləyir.
Gəmidə mexanik (Növbə mexaniki)
Gəmidə mexanik (Növbə mexaniki)
Gəmidə mexanik dəniz, çay, balıqçılıq, texniki və ixtisaslaşmış donanma gəmilərinin əsas və yardımçı enerji avadanlıqlarını, hərbi-dəniz donanmasının gəmi və yardımçı gəmilərinin enerji qurğularını, qazma platformalarının, üzən dizel və atom elektrik stansiyalarının enerji qurğularını, həmçinin avtonom enerji qurğularının texniki istismarını təmin edir. O eyni zamanda gəmilərin enerji qurğuları və onların detalları (əsas və yardımçı) ilə bağlı elmi tədqiqat və layihə fəaliyyəti ilə məşğul ola bilər.