Peşə Standartları

Gəmi motorçusu
Gəmi motorçusu
Gəmi motorçusu müxtəlif gəmilərin (həmçinin hərbi gəmilərin) maşın bölməsində gəminin baş və köməkçi mühərrik və mexanizmlərinin istismar edilməsi, həmçinin onlara texniki qulluq və texniki xidmət işlərinin yerinə yetirilməsi ilə məşğul olur, gəmi mexanizmlərinin, maşın, sükan, qazan və digər şöbələrində, üst göyərtədə yerləşən mexanizm və sistemlərin, ballast və şirin su çənlərinin, sistemlərinin, xilasetmə vasitələrinin, yanğına qarşı mübarizə vasitə və qurğularının köməkçi səviyyəsində texniki istismarını və onlara texniki xidmətləri həyata keçirir.
Stividor
Stividor
Stividor gəmilərin təhlükəsiz və effektiv şəkildə yüklənməsi və boşaldılması, eləcə də yükün qəbul edilməsi və onun terminal obyektindən götürülməsi işlərini yerinə yetirir. O, həmçinin növbə ərzində doker-mexanizatorların işinə birbaşa nəzarət edir, kompleks normaları yerinə yetirir, yükaşırma və yardımçı işlərin texnoloji xəritəyə və təhlükəsizlik texnikasının təlimatına uyğun yetinə yetirilməsinə, yanğından mühafizə qaydalarına əməl olunmasına, istehsalat sanitariyasının gözlənilməsinə nəzarət edir.
Taksi sürücüsü
Taksi sürücüsü
Taksi sürücüsü müştərilər tərəfindən müəyyən edilmiş marşruta uyğun olaraq fərdi şəxsləri və ya qrupları və onların yüklərini təyin olunmuş yerə daşıyır. O mərkəzi sifariş məntəqəsində, müvafiq taksi meydançalarında və ya yollarda müştərilərin sifarişlərinə əsasən fəaliyyət göstərir. Xidmət haqları yerində nağd pul, post-terminal, razılaşdırılmış müqavilələr və ya bank köçürmələri (hesabdan-hesaba) vasitəsilə ödənilir.
Yük maşını sürücüsü
Yük maşını sürücüsü
Yük maşını sürücüsü yüklərin götürülməsi, daşınması və bir yerdən digər yerə çatdırılması işlərini yerinə yetirir. Bu proses istehsalçıdan paylama məntəqəsinə, paylama məntəqəsindən müştəriyə və ya paylama məntəqələri arasında həyata keçirə bilər. Bəzi hallarda o, malların yüklənməsi və boşaldılması üçün məsuliyyət daşıya bilər. Yük maşını sürücüsü, həmçinin, müvafiq qanunvericiliyin tələblərini yerinə yetirməli, fəaliyyət barədə qeydlər aparmalı və avadanlıqların lazımı şəkildə saxlanması üçün tədbirlər görməlidir.
Əmək haqqının hesablanması üzrə mütəxəssis
Əmək haqqının hesablanması üzrə mütəxəssis
Əmək haqqının hesablanması üzrə mütəxəssis, müəssisədə (təşkilatda) işçi heyətin avanslarının və aylıq əmək haqqının (məzuniyyət, xəstəlik vərəqəsi, əlavə iş saatı, mükafatların), kompensasiya, son haqq-hesabların hesablanması və ödənilməsi işlərini yerinə yetirir.
Kredit mütəxəssisi
Kredit mütəxəssisi
Kredit mütəxəssisi, bankın mənafeyini müdafiə etməklə kredit üçün müraciət etmiş müştəriyə bankın kredit məhsulları (kommersiya, istehlak, veksel, ipoteka, kommunal, kənd təsərrüfatı və beynəlxalq), kredit xidmətinin şərtləri və kredit ödənişlərinin qəbulu və icrası haqqında geniş məlumat verir, kredit sifarişini qəbul edir, təhlil edir və sənədləşdirir.
Lombard işçisi
Lombard işçisi
Lombard işçisi, insanlarla bilavasite ünsiyyətdə olaraq müştərilərin zinyət əşyalarını və qiymətli daş-qaşlarını dəyərləndirir. Onları sənədləşdirib qeydlərini aparır, təhlükəsiz, zərərsiz saxlanmasını təmin edir. Pulun götürülməsi, faizlərin verilməsi qaydasını müəyyən edir, rəsmiləşdirir. Eyni zamanda müştərilərlə yeri gəldikcə yazılı, şifahi elektron, telefon danışıqları aparır, işi üzrə mühasibat və hesabat işlərini yerinə yetirir.
Maliyyə sahəsində risklərin idarə edilməsi üzrə mütəxəssis
Maliyyə sahəsində risklərin idarə edilməsi üzrə mütəxəssis
Maliyyə sahəsində risklərin idarə olunması üzrə mütəxəssis müəssisədə və təşkilatda baş verə biləcək mümkün zərərləri proqnozlaşdırır, monitorinq edir, müəyyən edir, onları ölçür, qiymətləndirir və zərərin dəyərini hesablayır. Risklərlə bağlı layihələrin hazırlanmasında iştirak edir.
Maliyyə vasitəçiliyi üzrə agent
Maliyyə vasitəçiliyi üzrə agent
Maliyyə vasitəçiliyi üzrə agent müştərilərin tapşırığı əsasında, onların adından və onların vəsaitləri ilə birjada alqı-satqı əməliyyatlarını həyata keçirən fiziki və hüquqi şəxsdir. Bu məqsədlə Maliyyə vasitəçiliyi üzrə agent kapital bazarlarında səhmlərin, istiqrazların, müəyyən əmtəələrin, beynəlxalq valyutaların, törəmə maliyyə alətlərinin alqı-satqısında vasitəçilik edir.
Sığorta agenti
Sığorta agenti
Sığorta agenti, sığortaçının adından və onun verdiyi səlahiyyətlər daxilində sığorta müqavilələrinin bağlanmasında, davam etdirilməsində və ya yenilənməsində, habelə tərəflər arasında danışıqların aparılmasında sığorta şirkəti ilə müştərilər arasında vasitəçilik edir.
Sığorta məhsullarının satışı üzrə mütəxəssis
Sığorta məhsullarının satışı üzrə mütəxəssis
Sığorta məhsullarının satışı üzrə mütəxəssis, müştəri ilə sığorta müqavilələri bağlayır, müqavilənin şərtlərinin yerinə yetirilməsinə nəzarət edir, vaxtı bitmiş müqavilələrin yenilənməsini həyata keçirir.
Arıçı
Arıçı
Bal hasil etmək və əsasən meyvə bağlarını tozlandırmaq üçün arıları artırır, arı şanlarını pətəklərə qoyur, çiçək tozu emal edir və bərə mumu toplayır. Beçələrini arı şanları üçün hazırlanmış çərçivələrin pətəklərinə qoyur, satış məqsədi ilə arı pətəklərinin xanalarından ana arıların südünü toplayır, alıcılar üçün balın satışını təşkil edir. Mütəxəssislərin köməyi ilə arı zəhəri istehsal edir.