Peşə Standartları

Bitkiçilik təsərrüfatı meneceri
Bitkiçilik təsərrüfatı meneceri
Bitkiçilik təsərrüfatında işi planlaşdırmaq, idarə və nəzarət etmək, hesabat vermək. Menecer bitkiçilik təsərrüfatı ilə bağlı dərin texniki və texnoloji biliklərə, eləcə də idarəetmə bacarıqlarına malik olur.
Ətraf mühit işçisi
Ətraf mühit işçisi
Yollar və axınlar boyu yaşıllıqların, sahillərin, bəndlərin, kanalların, kiçik və sıx meşəliklərin salınması və nəzarəti sahəsində bütün tələb olunan iş təlimatlarını yerinə yetirir. İşçi həmçinin yanğının qarşısının alınması və yanğınsöndürmə tədbirlərinin həyata keçirilməsində və digər təhlükəli hadisələri minumuma endirməkdə yardımçı olur.
Təsərrüfat avadanlıqları üzrə mexanik
Təsərrüfat avadanlıqları üzrə mexanik
Təsərrüfat avadanlıqları üzrə mexanik təsərrüfat nəqliyyat vasitələri və qoşquları, məhsul yığımı maşınları, süd istehsal edən, əkin, irriqasiya və su sistemlərinə aid bütün növ kənd təsərrüfatı avadanlıqlarına texniki xidmət göstərir, onları təmir edir və yeniləyir.
Fermer
Fermer
Fermer meyvə, tərəvəz, dənli və lifli bitkilərin becərilməsi, yığılması, heyvandarlıq, quşçuluq, balıqyetişdirmə və arıçılıq ilə məşğul olur. O, xammal alır, kənd təsərrüfatı məhsulları hazırlayır və ya istehsal edir, həmçinin istehsal etdiyi əmtəəni satır.
Meşə təsərrüfatı üzrə menecer
Meşə təsərrüfatı üzrə menecer
İqtisadi və ekoloji amilləri nəzərə almaqla meşə təsərrüfatını planlaşdırmaq, inkişaf etdirmək və nəzarət etmək. O, yaşıllaşdırma, ağacların davamlılığının təmin edilməsi kimi meşə təsərrüfatı işlərinə nəzarət edir, ağacların kəsilməsini, meşə materialının daşınması və satılmasını planlaşdırır, ovçuluq, istirahət (rekreasiya) kimi digər sahələrdə fəaliyyətləri idarə edir, ətraf mühitin zərərli amillərinə, habelə meşənin ictimai istifadəsinə nəzarət edir.
Hidrotexnik
Hidrotexnik
Əl və ya mexaniki alət və avadanlıqlardan istifadə etməklə yeraltı və ümumi suvarma sistemlərini hazırlayır, quraşdırır və təmir işlərini həyata keçirir. İş bitdikdən sonra aidiyyəti şəxsləri lazımi məlumatla təmin edir.
Heyvandarlıq fermasının müdiri
Heyvandarlıq fermasının müdiri
Heyvandarlıq fermasının işini planlaşdırır və ümumi fəaliyyətə nəzarət edir. Ferma müdiri heyvandarlıq təsərrüfatı bilikəri ilə yanaşı, kadrların idarə olunması bacarıqlarına da malik olmalıdır.
Heyvandarlıq təsərrüfatı işçisi
Heyvandarlıq təsərrüfatı işçisi
Fermada ev heyvanları ilə bağlı tələb olunan işləri həyata keçirmək, mövcud mexaniki və avtomat maşınları idarə etmək və əl alətlərindən istifadə etmək.
Ferma işçisi (quşçuluq)
Ferma işçisi (quşçuluq)
Quşçuluq fermasında çalışan işçilər yumurta və ət istehsal etmək məqsədi ilə ev quşlarını böyüdür, quşların məhsuldar cinslərini seçir və alır, ev quşlarını yemləyir və sulayır, quş damları, qəfəslər və yuvaları təmizləyir, dezinfeksiya edir və yaxşı vəziyyətdə saxlayır.
Təsərrüfatda texniki işçi (bitkilər)
Təsərrüfatda texniki işçi (bitkilər)
Təsərrüfatda texniki işçi bütün tələb olunan əl əməyini yerinə yetirir, müvafiq maşın və alətləri idarə edir.
Traktorçu
Traktorçu
Traktorçu torpağı becərmək, məhsulları əkmək, yetişdirmək və yığmaq üçün kənd təsərrüfatı texnikasını idarə edir və onlara nəzarət edir. O, məhsul yığımından sonra müvafiq əməliyyatlar aparmaq üçün stasionar avadanlıqdan istifadə etməyi bacarmalıdır. Traktorçu həmçinin, kənd təsərrüfatı texnikasına texniki xidmət göstərir, eləcə də, traktorlar, məhsul yığan texnika və irriqasiya sistemləri kimi müxtəlif maşın və avadanlıqları təmir edir.
Tərəvəzçi
Tərəvəzçi
Tərəvəzçi bel, bağ xəkəndazı, toxa, zərdənə, bağ qayçısı, kəsici alətlər və bıçaq kimi müxtəlif əl alətlərindən istifadə etməklə tərəvəz bitkilərini əkir, becərir, məhsulu toplayır, eyni zamanda bazarın vəziyyətinə, hava şəraitinə və fermer təsərrüfatının həcminə və yerləşdiyi mövqeyə görə becəriləcək məhsulun növünü və miqdarını müəyyən edir.