Peşə Standartları

Aqronom
Aqronom
Aqronomun əsas vəzifəsi müasir texnologiyalar əsasında kənd təsərrüfat bitkilərində yüksək məhsul alınmasında təmin edən aqrotexniki, meliorativ və digər tədbirlər sistemini həyata keçirmək Onlar, həmçinin zərərvericilər, bitkilərin xəstəlikləri və alaq otları ilə mübarizə texnologiyalarını da müəyyənləşdirib tətbiq edirlər.
Balıqçı
Balıqçı
Tor, tilov, tələ və digər ov alətlərindən istifadə edərək su hövzələri - çay, dəniz, göllərdən, su anbarları balıq və qida sənayesində emal oluna bilən balıq və dəniz məhsullarını ovlayıb, onları su nəqliyyatı vasitəsilə lazımı yerə çatdırır. Böyük və kiçik qruplarla, həmçinin tək işləyə bilir.
İstixana təsərrüfatı işçisi
İstixana təsərrüfatı işçisi
İstixana təsərrüfatı işçisi, avtomatlaşdırılmış və əl alətlərdən istifadə etməklə kənd təsərrüfat bitkiləri, tərəvəz və dekorativ bitkiləri əkir, becərir, yerdəyişməsini həyata keçirir, məhsulu toplayır və müəyyən olunmuş yerə daşıyır. O, həmçinin, havalandırma və suvarma sistemlərinin tənzimlənməsində də iştirak edir.
Baytar Həkim
Baytar Həkim
Baytar həkim heyvanları ümumi müayinə edir, xəstəliklərin və zədələrin diaqnozunu qoyur. O, heyvanlardakı xəstəliklərin əmələ gəlmə səbəblərini, prosesini araşdırır, onların müalicəsini və profilaktikasını həyata keçirir. O, həmçinin fermerə və ya heyvandarlıqla məşğul olanlara zoogigiyenik tələblərə uyğun heyvanların müvafiq olaraq saxlanmasına və yemləndirilməsinə, həmçinin müalicəsinə dair məsləhətlər verir
Hesabların təqdim edilməsi üzrə administrator
Hesabların təqdim edilməsi üzrə administrator
Hesabların təqdim edilməsi üzrə administator hesabların təqdim edilməsi əməliyyatlarını yerinə yetirir, hesabların təqdim edilməsi sisteminin həyata keçirilməsi və monitorinqini birbaşa idarə edir, həmçinin texniki xidmət və problemlərin aşkarlanıb aradan qaldırılması prosesini həyata keçirir.
Xidmət dəstəyi üzrə mütəxəssis
Xidmət dəstəyi üzrə mütəxəssis
Xidmət dəstəyi üzrə mütəxəssisin rolu müştəri xidməti və texniki dəstəkdən ibarət olub, standartlar, avadanlıq və şəbəkə ilə bağlıdır. Öhdəliklərinə daxil olan müştəri xidməti standartlara və İT üzrə şəbəkəyə texniki qulluq prosedurlarına uyğun həyata keçirilir.
İntellektual şəbəkə üzrə administrator
İntellektual şəbəkə üzrə administrator
İntellektual şəbəkə üzrə administrator qrupun fəaliyyətlərinə nəzarət edir və PREPAIDPrepaid platforması üzrə tapşırıqları yerinə yetirir. O, həmçinin sənədlərlə və öhdəlik sahələri ilə bağlı hesabatlarla işləyir.
İT performans monitorinqi üzrə mütəxəssis
İT performans monitorinqi üzrə mütəxəssis
İT Performans monitorinqi üzrə mütəxəssis, standart xidmət bölümünü və performans monitorinqi prosedurlarına riayət edir. O, ciddi əsas şəbəkə elementləri və məlumat bazası sistemlərinin gündəlik yoxlanmasını yerinə yetirir. Hər hansı informasiya sızmasının qarşısının alınması da onun öhdəliyinə düşür. O, həmçinin, ona müraciət olunmuş xidmət istəkləri, insident və problemləri müvafiq istifadəçi və ya qruplara yönləndirir. Digər öhdəliklərinə, müxtəlif növ hesabatların (performans, fəaliyyət vəs.) hazırlanması və ciddi problemlər/qəzalara dair ətraflı hesabatların təminatı daxildir.
İT təhlükəsizliyi üzrə mütəxəssis
İT təhlükəsizliyi üzrə mütəxəssis
İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis müəssisənin sistem və şəbəkələrində İT təhlükəsizliyini təminatına cavabdeh olan şəxsdir. O, təhlükəsizlik sistemlərini quraşdırır, fəaliyyətinə nəzarət edir, İT təhlükəsizliyi sahəsində monitorinqlər aparır, baş vermiş insidentləri araşdırır və onları həll edir. Eyni zamanda müəssisənin işçi heyətinə İT təhlükəsizliyi haqqında təlimlər verir.
Məlumat bazası administratoru
Məlumat bazası administratoru
Məlumat bazası administratoru geniş sayda dövlət/özəl müəssisə və təşkilatları daxilində məlumat bazalarının düzgün və təhlükəsiz şəkildə istifadəsi, texniki təminatı, inkişaf etdirilməsi, köklənməsi və keyfiyyətə nəzarətə cavabdehdir.
Məlumat təhlükəsizliyi üzrə mütəxəssis
Məlumat təhlükəsizliyi üzrə mütəxəssis
Məlumat təhlükəsizliyi üzrə mütəxəssis məlumatların təhlükəsizliyinə, toxunulmazlığına, əlçatan olmasına və məxfiliyinə cavabdeh olan şəxsdir. Onun əsas vəzifəsi müəssisənin/ şirkətin məlumat təhlükəsizlik tədbirlərini təhlil etmək və onların effektivliyini müəyyən etməkdir. O, həmçinin işçi heyətinə müvafiq təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi üzrə təlimlərin və maarifləndirmə işlərinin həyata keçirilməsi ilə də məşğuldur.
Məlumatların daxil edilməsi üzrə operator
Məlumatların daxil edilməsi üzrə operator
Məlumatların daxil edilməsi üzrə operator abunə əməliyyat sənədlərinin qeydiyyatını aparır, müştəri anketlərinə uyğun müştəri müqavilələrini sistemə daxil edir, uyğunluğunu yoxlayır, uyğunsuzluqlar olduğu halda düzəlişlər edir, həll olunmayan məsələlər barədə is’ müvafiq şəxs(lər)ə məlumat verir. O, eyni zamanda bütün qeydiyyat sənədlərinin düzgünlüyünə və tamlığına görə cavabde olan şəxsdir.