Peşə Standartları

Dülgər
Dülgər
Dülgər taxtadan, digər ağac materiallarından hazırlanan məmulat və detalları quraşdıran və təmir edən sənətkardır. O, çərçivə, arakəsmə, birləşmə, dayaq və qəliblər, eləcə də pilləkənlər, qapı və pəncərə çərçivələri, möhkəm döşəmələr hazırlayır. Dülgər bina və körpülərin tikintisindən başlayaraq mətbəx mebellərinin quraşdırılmasına qədər müxtəlif tikinti işlərinə cəlb olunur. Tikinti işlərinin müxtəlif növləri olduğu üçün əksər dülgərlər müəyyən sahələr üzrə ixtisaslaşırlar. Ümumiyyətlə, dülgərlər tikintinin bütün sahələri üzrə bilik və bacarıqlara malik olmalıdırlar.
Kartoqraf / Xəritəçəkən
Kartoqraf / Xəritəçəkən
Kartoqraf yeni və ya yenilənmiş xəritə və planları toplayır, qiymətləndirir, layihələndirir, hazırlayır və istehsalına nəzarət edir. O həmçinin, xəritəçəkmə mütəxəssisi də adlanır. Eyni zamanda, kartoqraf xəritəçəkmə texnikası və proseduraları barədə tədqiqat işi apara bilər. O, yer səthini ölçür, onun xəritəsini və planını hazırlayır.
Beton nasosu operatoru
Beton nasosu operatoru
Beton nasosu duru beton qarışığını pompalayan və istənilən yerə ötürən maşındır. Beton nasosu operatorunun vəzifəsi mexaniki, hərəkətsiz və ya portativ beton nasosları ilə işləmək, onlara nəzarət etmək və idarə etmək, eləcə də duru beton qarışığının nasosla çəkilməsi, nəql edilməsi və istənilən yerə tökülməsini həyata keçirməkdir. Avadanlıqları idarə etməklə yanaşı, operatorlar maşının gündəlik təmizliyini, texniki xidmətin göstərilməsi və ya kiçik təmir işlərini həyata keçirirlər.
Betonçu
Betonçu
Betonçu binalar və tikinti işləri üçün betonu qarışdırır, tökür, yayır, vibrasiya edir və hamarlayır. O, sementi çınqıl, qum və su kimi digər materiallar ilə qarışdırır, adətən nasoslardan istifadə etməklə betonu polad armaturlar üzərinə tökür, həmçinin betonu uyğun forma və ölçüdə saxlamaq üçün karkas və ya taxta qəliblər hazırlayır. Beton töküldükdən sonra betonçular betonu yayır, təmizləyir və atmosfer təsirindən qorumaq üçün lazımi materiallarla izolyasiya edir.
İnşaat mühəndisi
İnşaat mühəndisi
İnşaat mühəndisi binalar, sənaye obyektləri, avtomobil yolları, dəmir yolları, hava limanları, körpülər, kanallar, dəniz limanları, dambalar, suvarma sistemləri, kəmərlər, elektrik stansiyaları, su təchizatı və kanalizasiya sistemləri və tullantıların atılması qurğuları kimi obyekt və strukturlarda tikinti və texniki xidmət işlərini həyata keçirir. O, eyni zamanda tikinti zamanı dizayn, hazırlıq, monitorinq və nəzarət kimi mühəndislik funksiyalarını yerinə yetirir.
İnşaat rəngsazı
İnşaat rəngsazı
Rəngsazlar tikinti prosesində tamamlama işlərini həyata keçirən işçilərdir. Onlar tikililərin təmir-bərpa işlərini həyata keçirirlər. Onlar su əsaslı sintetik və ya yağlı rənglər kimi öncədən seçilmiş materiallardan istifadə etməklə divar, tavan və fasadlara bəzək örtüyü vururlar. İş hər yerdə həyata keçirilə bilər, lakin bir çox hallarda oxşar xammal ilə bir neçə metoddan istifadə etməklə məhdudlaşdırıla bilər.
Kran operatoru (tikinti)
Kran operatoru (tikinti)
Tikintidə kran operatoru material, maşın və ya məhsulları qaldırmaq və müxtəlif istiqamətlərdə hərəkət etdirmək üçün qülləli və mobil kranları istismar edir. Operator, adətən, krana birləşdirilmiş kabinədə, bəzi hallarda isə yerdən yüksəkdə və ya krana əyani nəzarət etmək imkanı verən kənar nəzarət mərkəzində əyləşir. Kranlara pedallar, linglər, nömrələr, kabel və ya kabelsiz elektron panellər, keçiricilər və çubuqlar vasitəsilə nəzarət olunur.
Tikinti-quraşdırma işlərində elektrik montyoru
Tikinti-quraşdırma işlərində elektrik montyoru
O, elektrik naqilləri, avadanlıqları və şəbəkə açarlarını quraşdırır, onlara texniki nəzarət edir, təmir edir, həmçinin elektrik sistemlərini yoxlayır.
Liftlərin quraşdırılması, onlara texniki xidmət və təmir üzrə işçi
Liftlərin quraşdırılması, onlara texniki xidmət və təmir üzrə işçi
Elektrik və ya hidravlik yükqaldırıcı qurğuların, eskalator və liftlərin quraşdırılması, təmir edilməsi, texniki nəzarətdən və sınaqdan keçirilməsi.
Tikinti-quraşdırma işlərində energetik
Tikinti-quraşdırma işlərində energetik
O. inşaat və ya təmir tikinti sahələrində elektrik sistemlərinin tərtibatını planlaşdırır və quraşdırılmasına rəhbərlik edir. O, elektrik naqilləri, avadanlıq və qurğuları və şəbəkə açarlarını quraşdırmaq, onlara texniki nəzarət etmək və təmir etməklə yanaşı, elektrik sistemlərini yoxlayır, qiymətləndirir və modifikasiyalar təklif etmək üçün müvafiq məlumatları müəyyən edir.
Taxta döşəmə və parket ustası
Taxta döşəmə və parket ustası
Döşəmə ustası tikinti işçisi olub taxta, laminat, vinil parket və digər materiallardan istifadə edərək bina və digər tikililərin daxili hissələri üçün döşəmə örtüklərini ölçür, kəsir və vurur. O, döşəmələrə, divarlara və kabinetlərə bloklar, təmas və ya zərbəni, səsi udan materiallar və ya bəzək örtükləri vurur; avadanlıqlar və işıq cihazları kimi maneələri götürür və çıxarır.
Geoloq
Geoloq
Geoloq yer qabığının tərkibi, quruluş xüsusiyyətləri və tarixini araşdırır, yerin formalaşmasına öz təsirini göstərən proseslərin ardıcıllığını müəyyən etmək üçün dağ süxurları, minerallar və qazıntı halında çıxarılan qalıqları tədqiq edir. Bu peşə kimya, fizika, biologiya, coğrafiya və riyaziyyat elmləri ilə əlaqəli şəkildə geoloji hadisələri izah edir və faktiki olaraq mineral və neft yataqlarının, eləcə də yeraltı su ehtiyatlarının yerini müəyyən etməyə kömək edir.