Peşə Standartları

Şüşəsalan
Şüşəsalan
Şüşəsalan ictimai-iaşə obyektlərinin pəncərələri, vitrinlər və ya binaların fasadları, daxili divarları, tavanlar və stolun üstü kimi səthlərə şüşələr yerləşdirir. Şüşəsalan əsasən iki növ şüşə işini həyata keçirir. Birinci iş pəncərə və qapılara şüşələrin qoyulması, ikinci iş konstruksiyalı şüşələrin qurulmasıdır. Bu cür şüşələr tavanlar, divarlar, binaların fasadları və arakəsmələr üçün bəzək elementi kimi istifadə olunur.
İsitmə, havalandırma, soyutma sistemləri və avadanlıqları üzrə montajçı
İsitmə, havalandırma, soyutma sistemləri və avadanlıqları üzrə montajçı
İşçilər temperaturu tənzimləyən mexaniki, maye və ya qazla işləyən, elektrik və elektron isitmə, soyutma avandanlıqlarını quraşdırır, onların fəaliyyətinə nəzarət edir və təmir edirlər.
Karkas-üzlüklü konstruksiyaları quraşdıran usta
Karkas-üzlüklü konstruksiyaları quraşdıran usta
Karkas-üzlüklü konstruksiyaları quraşdıran usta qoruyucu konstruksiya və arakəsmələrin qurulması ilə bağlı kompleks işləri yerinə yetirir; komplekt sistemlərdən istifadə etməklə binaların və tikililərin daxili və xarici səthlərinin – tavan, döşəmə, arakəsmə, üzlük və fasadların işlənməsi, yenidən qurulması, təmiri işlərini yerinə yetirir; həmçinin gipsokarton, gips lifli lövhələr, akvapanel tipli sement-mineral lövhələr, penapolistirol və mineral plitələr, hazır inşaat qarışıqlarından istifadə edir.
İnşaatda keyfiyyətə nəzarət üzrə mütəxəssis
İnşaatda keyfiyyətə nəzarət üzrə mütəxəssis
Keyfiyyətə nəzarət üzrə mütəxəssis müəssisə və təşkilatlarda keyfiyyət siyasətinin hazırlanmasına və həyata keçirilməsinə köməklik edir, işin icrasına nəzarət edir, təhlillər, keyfiyyət qiymətləndirmələri aparır və düzəlişlər təklif edir, həmçinin keyfiyyət standartları, məlumatlandırma ilə bağlı səlahiyyətli qurumlar ilə əməkdaşlıq edir və müəssisəni keyfiyyət normaları haqqında məlumatlandırır. O əsasən tikinti müəssisələri, səlahiyyətli dövlət qurumları və daşınmaz əmlak üzrə məsləhət (konsaltinq) şirkətlərində işləyirlər.
Landşaft memarı
Landşaft memarı
Təbii estetik gözəlliyi və iqtisadi səmərəliliyi nəzərə alaraq ictimai və şəxsi ərazilərin, torpaq sahələrinin landşaftını planlaşdırır və dizayn edir.
Bağban-dekorator
Bağban-dekorator
Razılaşdırılmış dizayn və landşaft arxitekturasının dekorasiya xüsusiyyətləri və müştərinin tələblərinə əsasən tikililərin, ictimai binaların və ya yaşayış ərazilərinin ətrafındakı torpaq sahəsini və bağları hazırlamaq, yaşıllaşdırmaq və onlara qulluq göstərmək məqsədilə landşaft və dekorativ bağçılıq funksiyalarını həyata keçirir.
Qəlibçi
Qəlibçi
Qəlibçi dəmir və ya fibra vasitəsilə beton lövhələri bərkidir, ziyan dəymiş beton qəlibləri təmizləyir, uyğun beton və əlavələrin qarışığından istifadə etməklə tikinti quraşdırma işlərini həyata keçirir.
Suvaqçı
Suvaqçı
Suvaqçılar suvaq məhlulu və məcunlarını qarışdırır. Hazırlanmış məhlulu və məcunu əl üsulu və ya maşından istifadə etməklə daxili və xarici səthlərə vururlar. Suvaqçı həmçinin quru suvaq, gips-karton lövhələri, müxtəlif təyinatlı və tərkibli suvaq qarışığını daxili və xarici səthlərə vurur.
Santexnik
Santexnik
Santexnik boruları, birləşmələri, qızdırıcı, su, qaz və drenaj sistemlərini nizamlayan qurğuları müvafiq normalar çərçivəsində montaj edir, quraşdırır, texniki xidmət göstərir və təmir edir.
Yol tikintisi üzrə mühəndis
Yol tikintisi üzrə mühəndis
Yol tikintisi üzrə mühəndis yollar, suötürücü və kommunikasiya ötürücü borular, drenaj sistemləri, dəmir yolları, hava limanlarının uçuş-enmə zolaqları və digər süni qurğuların tikintisi və təmirinin planlaşdırılması, lahiyələşdirilməsi, smetanın tərtib olunması, cizgilərinin çəkilməsi, nəzarət edilməsi ilə əlaqədar texniki vəzifələri yerinə yetirir.
Yol tikintisi maşınlarının operatoru
Yol tikintisi maşınlarının operatoru
Yol tikintisi maşınlarının operatoru ayrı-ayrılıqda torpağı qazmaq, yerini dəyişmək və hamarlamaq, habelə konsturksiyaları quraşdırmaq, beton tökmək və səthə digər ağır səki daşlarını qoymaq üçün bir və ya bir neçə növ tikinti maşınlarını, o cümlədən avtoqreyder, buldozer, skreper, kompressor, nasoslar, kranlar, mexaniki kürəklər, traktorlar və ya ön tərəfdən yük vuran maşınları idarə edir.
Yol tikintisi işçisi
Yol tikintisi işçisi
Yol tikintisi işçisi yollar və digər səthlərin, o cümlədən uçuş-enmə zolaqları, maşın dayanacaqlarının əraziləri və piyada keçidlərin döşənməsi və təmirində iştirak edirlər. Onlar yolun iş gedən sahəsində təmizlik işləri görür, yola asfalt və beton döşəyir, qatranlanmış səthə çınqıl və ya asfalt yayır, kabel və ya boruları çəkmək üçün yolun səthini qazıyır, eləcə də texnikaların işləyə bilmədiyi sahələrdə yolun səthini presləyir və hamarlayırlar. Onlar ərazilərdə işləyir, maşınlara avadanlıqları yükləyir və boşaldırlar.