Peşə Standartları

Taxtapuşçu
Taxtapuşçu
Taxtapuşçu konstruksiyalarını çiləkən (dranka), şifer, qır, alüminium, taxta, gil, tol və kirəmit kimi müvafiq materiallar ilə örtür. Konstruksiyaların hissələrini bərkitmək, germetləşdirmək, izolyasiya etmək və səsi təcrid etmək üçün damlar, yan örtüklər və divarlara maddələr çiləyə bilərlər. Taxtapuşçular yeni dam örtüklərinin quraşdırılması və onların təmiri ilə məşğul olurlar.
Küçələrə tava döşəyən
Küçələrə tava döşəyən
Tava düzən şəxs səthi örtmək və nəzərdə tutulan keyfiyyəti təmin etmək üçün beton, keramika, qranit, mərmər və ya digər təbii daşlar, bu kimi davamlı materiallardan hazırlanmış tavaları döşəyir, səth və bünövrələri hazırlayır, müvafiq halda “zərif dekorasiya” adlanan yapışdırıcıdan istifadə etməklə tavaları yapışdırmadan əvvəl “quru montaj” üsulu ilə onları uyğun olması, rəngi və bəzəyinə görə düzəldir.
Yerölçən
Yerölçən
Yerölçən dəqiq ölçmələr aparır və mülkiyyətin sərhədlərini müəyyən edir. Mühəndislik, xəritəçəkmə, dağ-mədən, torpağın qiymətləndirilməsi, tikinti və digər məqsədlər üçün yerin üst və ya ona yaxın hissəsindəki torpaq təbəqəsinin formasını, konturlarını, qravitasiyanı, yerləşməni, qalxmaları və ya ölçüləri müəyyən etmək məqsədi ilə məlumatları təmin edir. Yerölçən həmçinin, məlumatlar toplayır, mülki tikinti və konstruksiya sxemlərində təbii və süni elementləri təsvir edir və bundan ərazinin planları üçün baza kimi istifadə edir.
Tikinti işlərinin layihələndirilməsi və icrası üzrə texnik
Tikinti işlərinin layihələndirilməsi və icrası üzrə texnik
Texniklər, mühəndislər və ya memarlara inşaat işlərinin planlaşdırılması, layihələndirilməsi, icrası və monitorinqi sahəsində yardım edirlər.
Üzləyici-mozaikaçı
Üzləyici-mozaikaçı
Üzləyici-mozaikaçı yeni tikililərdə və ya bütün növ köhnə tikililərin yenidən bərpası zamanı kirəmit və mozaikaları kəsir və döşəyir, texniki tələblərə ciddi riayət etməklə dəqiq ölçü ilə divar və fasadlara örtük vurur. Materiallar adətən kirəmit, kəsmə daşlar, fibro-beton, mərmər və mozaikadan ibarət olur, lakin bəzən plastik və penoplast kimi başqa materiallardan da istifadə olunur.
Qaynaqçı və kəsici
Qaynaqçı və kəsici
Qaynaqçı və kəsici tapşırığın texniki xüsusiyyətlərinə uyğun şəkildə alətlərdən, o cümlədən qaynaq tutqacından istifadə etməklə, ən əsası isə yüksək dəqiqliklə və tərtib olunmuş proseduralara uyğun qaydada metal və ya plastik materialları bir-birinə birləşdirir, əridir və kəsir.
Qazma qurğularının operatoru
Qazma qurğularının operatoru
Qazma qurğularının operatoru, müasir qazma maşınlarının köməyilə neft-qaz, tikinti, kəşfiyyat, köçürmə, test quyularının qazılmasını və tikintisini təmin edir. Qazma qurğularının operatorunun vəzifəsi mexaniki, hərəkətsiz və ya portativ qazma maşınları ilə işləmək, onlara nəzarət etmək və idarə etmək, eləcə də qazıntı zamanı qazıma məhlulunun parametrlərinin qorunmasını həyata keçirməkdir. Avadanlıqları idarə etməklə yanaşı, qazmaçı operatorlar maşının gündəlik təmizliyini, texniki xidmətin göstərilməsi və ya kiçik təmir işlərini həyata keçirirlər.
Hidravlika üzrə mexanik
Hidravlika üzrə mexanik
Hidravlika üzrə mexanik keyfiyyət tələblərinə uyğun şəkildə ağır texnikaların hidravlik sistemlərini (avtomatlaşdırma sistemləri, avtokarları, iş maşınları, proqramlaşdırılmış dəzgahları, pres dəzgahları, kranları və.s) montaj və təmir edir. O hətta enerji qurğuları və onların detalları (əsas və yardımçı) ilə bağlı elmi tədqiqat və layihə fəaliyyəti ilə məşğul ola bilər.
Çertyojçu
Çertyojçu
Çertyojçu, mühəndis və arxitektorların istiqamət verməsi ilə texniki çertyojlar hazırlayır.
Avtoqreyder maşınisti
Avtoqreyder maşınisti
Avtoqreyder maşinisti ağır qreyder qurğusu vasitəsilə müvafiq işlək hissələrdən istifadə etməklə torpağı qazma, yerini dəyişmə, hamarlama, eləcə də boşaltma, xəndək açma, qar təmizləmə kimi əməliyyatları yerinə yetirir. O, eyni zamanda səlahiyyətləri çərçivəsində öz avadanlıqlarına texniki xidmət göstərir və onları təmizləyir.
Zooparkda heyvanlara qulluq göstərən işçi
Zooparkda heyvanlara qulluq göstərən işçi
Zooparkda heyvanlara qulluq göstərən işçi, heyvanların qayğısına qalan şəxsdir. O, heyvanların saxlandığı yerlərin (volyerin) təmizliyinə, onların yemlənməsinə görə cavabdehlik daşıyır, eləcə də heyvanların davranışlarına nəzarət edir.
Texniki rejissor
Texniki rejissor
Texniki rejissor, televiziya proqramlarının görüntülənməsini, tamaşa, film, estrada konsert proqramları, sirk, idman oyunlarının çəkilişini təmin edir. O, proqramın texniki standartlara və estetik qaydalara uyğun şəkildə həyata keçirilməsinə və texniki keyfiyyətinə cavabdehlik daşıyır. Texniki rejissor peşəsi televiziya və radiolarda, internet televiziyalarda, kinostudiya və konsert salonlarında, bir çox yaradıcı studiyalarda mövcuddur.