Peşə Standartları

Tabelçi
Tabelçi
Tabelçi, idarə və müəssisələrdə işçilərin işə gəlib-getmələrinə nəzarət edir və tabel üzrə uçotunu aparır.
Statistik
Statistik
Statistiklər sosial, iqtisadi, elmi, biznes, və digər sahələrdə işlənə bilən məlumatları əldə etmək üçün statistik nəzəriyyə və metodları tətbiq edərək müxtəlif sorğular planlaşdırırlar və kütləvi hadisə, proseslərin kəmiyyət, keyfiyyət məlumatlarını təhlil edir, toplayır ümumiləşdirir, formalaşdırır rəqəm, dioqram, qrafik və s. vasitələrilə şərh edir. O, həmçinin hər hansı bir hadisənin inkişaf meylini müəyyənləşdirmək istiqamətində fəaliyyət göstərir, iqtisadi fəallığı müəyyənləşdirir.
Satıcı-nəzarətçi
Satıcı-nəzarətçi
Satıcı-nəzarətçi, malların vitrində səliqəli və daxili qaydalara uyğun düzülüşünü təmin edir və yüksək satışlı məhsulların brendlərə uyğun rəflərdə düzülüşünə nəzarəti həyata keçirir. O, gündəlik görülən işlər barədə rəhbərliyə hesabat verir.
Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit üzrə mütəxəssis
Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit üzrə mütəxəssis
Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit üzrə mütəxəssis, müvafiq qanunvericilik tələblərinə əsasən iş yerində çalışan bütün işçi heyətinin müəssisədaxili intizam qaydaları, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət etməsi, eləcə də əmək prosesi zamanı sağlamlıq və təhlükəsizlik ilə bağlı risklər üzrə nəzarəti həyata keçirən, qayda və təlimatların hazırlanmasında məsuliyyət daşıyan şəxsdir.
Peşə standartları üzrə mütəxəssis
Peşə standartları üzrə mütəxəssis
Peşə standartları üzrə mütəxəssis, müəssisə və aidiyyəti qurumların tələblərinə uyğun olaraq müəssisə və əmək bazarında peşə standartlarının, təlim standartlarının və bacarıqların qiymətləndirilməsinin müəyyən edilməsində müəssisə və maraqlı tərəflərə yardım edir. O, standartların beynəlxalq müstəvidə araşdırmasını həyata keçirir, standartları həyata keçirən müəssisələrə baza məlumatlar və layihələr təqdim edir.
Muzey bələdçisi
Muzey bələdçisi
Muzey bələdçisi, muzeydə, muzeydən kənar, fərdi və kütləvi, müxtəlif növ (qüsurlu) ekskursiyaların aparılmasını həyata keçirir. Muzeyə gələn qonaqları qarşılayır, muzey haqqında ümumi məlumat verir, onları muzeyin daimi ekspozisiyası və ya müvəqqəti sərgisi ilə tanış edir və ətraflı məlumat verir.
Modelyer-dizayner
Modelyer-dizayner
Modelyer-dizayner, geyim sektorunda geyim və geyimi tamamlayan aksesuarları dizayn edir, cizgisini çəkir və yeri gəldiyində modelin ülgüsünü çıxararaq məhsulun ərsəyə gəlməsini təmin edir. Yüksək zövq, kreativlik eləcə də sənətkarlıq fəaliyyətini əhatə edir.
Məlumat bürosu mütəxəssisi
Məlumat bürosu mütəxəssisi
Məlumat bürosu mütəxəssisi, müştərinin/vətəndaşların ehtiyaclarına uyğun, müəssisə və ya təşkilat tərəfindən aparılan fəaliyyətlərlə bağlı məlumat verir. O, müvafiq məlumatların toplanması, nəşri və yayılması, sualların şəxsən, telefon və ya elektron poçt vasitəsilə cavablandırılması, elektron poçt və əməliyyat sistemləri ilə bağlı yardımın təmin edilməsi, aparılan əməliyyatlar haqqında məlumatların verilməsi üçün məsul şəxsdir. O, həmçinin telefon vasitəsi ilə şirkət və ya müəssisə daxili satışı həyata keçirə bilər.
Məhsul təqdimatçısı
Məhsul təqdimatçısı
Məhsul təqdimatçısı, malların vitrində səliqəli və standartlara uyğun düzülüşünü təmin edir və POP materialların brendlərə uyğun rəflərdə düzülüşünə nəzarəti həyata keçirir. O, gündəlik görülən işlər barədə və dükanlardakı vəziyyətlə bağlı rəhbərliyə hesabat verir.
Loqistika üzrə mütəxəssis
Loqistika üzrə mütəxəssis
Loqistika üzrə mütəxəssis, daxil olan və göndərilən yüklərin, sənədlərin qəbulu, emalı, daşınması, yerləşdirilməsi, saxlanması, təyin olunmuş yerlərə yola salınması və vaxtında çatdırılmasına nəzarət edir. Loqistika üzrə mütəxəssis həmçinin müştərilərlə xarici və daxili əlaqələrin yaradılması, müqavilələrin bağlanması, gömrükləşdirmə məsələlərinin təşkili, yolasalma və çatdırılma tarixlərinin müəyyən edilməsi işlərini həyata keçirir.
Qarderobçu
Qarderobçu
Qarderobçu, ictimai yerlərdə ziyarətçilərin/qonaqların üst geyimlərinin qarderobda saxlanması və yerləşdirməsini təmin edir. O həmçinin qarderobun təmiz və səliqəli şaraitdə saxlanmasına nəzarət edir.
Kitabxanaçı
Kitabxanaçı
Kitabxanaçı, kitabxanaya daxil olan müxtəlif növ (elmi, informativ, mədəni, texniki, iqtisadi, ticarət və s.) çap əsərlərini və digər informasiya daşıyıcılarını (kitab, qəzet, jurnal, broşür, audio və video formatlı informasiya daşıyıcıları, CD,DVD və s.) qəbul edir, toplayır, qeydiyyatını aparır, kitabxana təsnifatı əsasında sistemləşdirir, kataloqunu hazırlayır, mühafizə edir, elektron resusrslar bazası yaradır, onlara ictimai çıxışı və istifadəni təmin edir və onların sistemli ictimai istifadəni, elektron kataloq vasitəsilə axtarışını təşkil edir. O, eyni zamanda istifadəçilərə tədqiqat xarakterli məsləhətlər verir.