Peşə Standartları

Kargüzar
Kargüzar
Kargüzar, sənədləri kompyuterdə tərtib edir, çap edib çoxaldır daxil olan sənədləri qəbul edir, qeydiyyatını rəsmiləşdirir, əlaqəli bölmələrə (e-mail, fax, poct) göndərir, sənədlərin qeydiyyatını aparır və yola salır, xidməti sənədlərin mühafizəsini təmin edir, cari arxiv sənədlərini sistemləşdirir və mühafizə edir. İcra olunmalı sənədlərin icrasına nəzarət edir, sənədləri arxivə təhvil vermək üçün hazırlayır və arxivə təhvil verir.
İllüstrator
İllüstrator
İllüstrator kitab, jurnal, qəzet, sayt, film, biznes kart, buklet və s. bu kimi intellektual materiallara vizual dolgunluq, unikallıq, cəlbedicilik və kreativlik qatmaq üçün xüsusi görünüş verir. O, müxtəlif KİV-lərdə - qəzet və jurnal redaksiyalarında, televiziya və radiolarda, internet-saytlarda, kinostudiyalarda, nəşriyyatlarda, reklam agentliklərində, dövlət bayram və tədbirlərində dekorasiya eskizlərinin hazırlanmasında iştirak edir eləcə də bəzi böyük müəssisılərdə daxili nəşrlərdə, fəaliyyət göstərir.
İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis
İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis
İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis, ictimaiyyətlə əlaqələr üzrə kampaniyaların həyata keçirilməsini planlaşdırır, hazırlayır və həyata keçirir. O, ictimaiyyətlə əlaqələr üzrə proqramları nəzərdən keçirir və qiymətləndirir. İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis zəruri məsələlərlə əlaqədar informasiya vasitələri və maraqlı tərəflərə məlumat verir.
Xilasedici (çimərlikdə)
Xilasedici (çimərlikdə)
Xilasedici, adətən çimərlik və müxtəlif istirahət və əyləncə yerlərinin hovuz, akvapark kimi su məkanlarında insanların təhlükəsizliyinə görə məsuliyyət daşıyır. O, üzən insanların təhlükəsiz yerlərdə və təhlükəsiz şəkildə üzməsinə nəzarət edir və onları üzmə barədə düzgün təlimatlandırır.
Heykəltəraş
Heykəltəraş
Heykəltəraş, müxtəlif alət və əl üsullarını tətbiq etməklə daş, ağac, beton, bürünc, gips, dəmir, mum, metal, poliefir kimi materiallardan istifadə edərək abidə, büst və heykəlləri dizayn edir və hazırlayır, həmçinin digər həqiqi ya da xəyali üç ölçülü əsərlər yaradır.
Daşınmaz əmlakın satış agenti
Daşınmaz əmlakın satış agenti
Daşınmaz əmlakın satış agenti, daşınmaz əmlak üzrə alıcı-satıcı, sahibkar-icarədar arasında vasitəçilik edən şəxsdir. O, daşınmaz əmlak bazarında araşdırmalar aparır, bazarda tendensiyanı izləyir, əmlak sənədlərinə baxış keçirir, müştərilərin müraciətlərini qəbul edir, sahibkarların əmlakını reklam edir və onların satılmasında, icarəyə verilməsində iştirak edir.
Dalğıc
Dalğıc
Dalğıc adətən çimərlik və ya su məkanlarında insanların təhlükəsizliyinə görə məsuliyyət daşıyır. O, üzən insanların təhlükəsiz yerlərdə və təhlükəsiz şəkildə üzməsinə nəzarət edir və onları üzmə barədə düzgün təlimatlandırır.
Çağrı mərkəzi operatoru
Çağrı mərkəzi operatoru
Çağrı mərkəzi operatoru müraciət edənlərə telefon üzərindən texniki məsələləri həll etməkdə, qanunvericiliyin tələbini izah etməkdə, hər hansı məhsul və ya xidmət haqqında məlumat verməkdə məhsulları satmaqda kömək edir. O, həmçinin qəbul edilən hər bir zəngin müvafiq proqramda qeydiyyatının aparılmasını təmin edir.
Brend menecer
Brend menecer
Brend menecer müştərinin və bazarın tələbatına uyğun olaraq məhsulun yaradılmasında iştirak edir, həmçinin məhsul üçün qablaşdırma və dizayn formalarını təklif edir. Eyni zamanda o, brendin bazarda tanıdılmasını bazar strategiyasını müəyyən edir və hər zaman bazar trendlərini izləyir.
Biznesin inkişafı üzrə menecer
Biznesin inkişafı üzrə menecer
Biznesin inkişafı üzrə menecer təşkilatın imicinin düzgün şəkildə yaradılmasında və ya inkişaf etdirilməsində lazımi strategiyaların müəyyən edilməsində, biznes subyektlərinin yaradılmasında, inkişaf etdirilməsində və onların fəaliyyətinin effektivliyinin təmin etdirilməsində iştirak edir. O, subyektin bazarda iştirakını planlaşdırır və görülən işlərlə bağlı rəhbərliyə hesabat verir.
Bazar araşdırması üzrə təhlilçi
Bazar araşdırması üzrə təhlilçi
Bazar araşdırması üzrə təhlilçi hər hansı bir məhsul və ya xidmətin potensial satışını müəyyən etmək üçün bazar şəraitini yerli, regional və ya milli səviyyədə tədqiq edir.
Mühasib
Mühasib
Mühasib təsərrüfat sübyektinin aktivləri, passivləri, gəlir, mənfəət, zərər, vergi öhdəliyi və digər maliyyə fəaliyyətlərini həyata keçirir, onların qeydiyyatını aparır və maliyyə hesabatlarını hazırlayır. O, eyni zamanda hüquqi və fiziki şəxslərin maliyyə sövdələşmələri ilə əlaqədar fəaliyyətləri yerinə yetirir, habelə uçotun aparılması, uyğunluq tələbləri barədə məlumat və məsləhət verir.