Peşə Standartları

İnzibati işlər üzrə köməkçi
İnzibati işlər üzrə köməkçi
İnzibati işlər üzrə köməkçi təşkilatda bir və ya daha çox gündəlik inzibati xidmətləri, o cümlədən sənədlərin saxlanması, məlumatların bölüşdürülməsi, məktubların paylanması, avadanlıqların planlaşdırılması, maddi texniki təminat, qeydiyyatın aparılması, sənədlərin nüsxəsinin çıxarılmasını planlaşdırır və digər əlaqədar inzibati vəzifələri yerinə yetirir.
Reklam meneceri
Reklam meneceri
Reklam meneceri şirkətin reklam fəaliyyətinə nəzarət edir. Reklam menecerinin müvafiq rolu şirkətin reklam ilə əlaqədar yanaşmasından asılı olaraq dəyişir: o, şirkətin kənar reklam agentliyindən işə götürdüyü heyəti və fəaliyyətləri idarə edə və ya daxili reklam fəaliyyətini planlaşdıra bilər. Reklam menecerinin əsas fəaliyyətlərinə reklam kampaniyaları haqqında elanların dərc edilməsi, onların həyata keçirilməsi ilə əlaqədar şirkətin strategiyasını formalaşdırmaq və yönləndirmək, eləcə də reklam fəaliyyəti ilə bağlı müxtəlif şöbələrə nəzarət etmək daxildir.
Arxivçi
Arxivçi
Arxivçi arxivə daxil olan sənədli materialların mühafizəsini və qorunub saxlanmasını təmin edir. O, arxiv sənədlərinin elmi və praktiki qiymətləndirilməsi işində iştirak edir. Arxivçi istifadəçilərə tələb olunan məlumatları müəyyən etməkdə kömək edir.
Kişi bərbəri
Kişi bərbəri
Kişi bərbəri müştərilərə bərbər ximətlərini, o cümlədən saçın, saqqalın qırxılması, kəsilməsi, şampunla yuyulması və yaraşıq verilməsi kimi xidmətlər göstərir. O, üz qırxır və saç xətlərini düzəldir. Bərbər kəpəyin qarşısının alınması və saçlara bitlərin düşməsinə qarşı müvafiq məsləhətlər verir. O, həmçinin losyon, möhkəmləndirici vasitələr və digər kosmetika məhsullarının satışını həyata keçirə bilər.
Avtomobil yuyucusu
Avtomobil yuyucusu
Avtomobil yuyucuları nəqliyyat vasitəsinin xaricini və daxilini, mühərriki, bölmələri və hissələrini təmizləmək və qurutmaq üçün vakuum, quru, şüşə təmizliyi, aşqar və konsol təmizləmə və digər nəqliyyat təmizləyici alət və avadanlıqlardan istifadə edirlər. Onlar su, təmizləyici vasitələr, fırçalar, parçalar və şlanqlar daxil olmaqla müxtəlif materiallardan istifadə edirlər.
Kassir
Kassir
Kassirlər pərakəndə satış obyektlərində və ya mağazalarda ödənişləri qəbul edən şəxslərdir. Onlar fəaliyyətləri zamanı kassa aparatlarından və digər müvafiq avadanlıqlardan istifadə edirlər. Kassirlər həmçinin kredit və ya debet kartları üzrə elektron ödənişləri da həyata keçirirlər.
Mobil telefon və şəbəkə avadanlığı ustası
Mobil telefon və şəbəkə avadanlığı ustası
Mobil telefon və şəbəkə avadanlığı ustası mobil telefonları və şəbəkə avadanlıqlarını yoxlayır, nasazlıqları dəqiq şəkildə müəyyən edir, həmçinin razılaşdırılmış qiymət əsasında onları təmir edir. Eyni zamanda, bu peşə sahibləri müştərilərə telefonlar barədə məsləhət, təlimat və tövsiyələr də verir.
Tərbiyəçi (bağçada)
Tərbiyəçi (bağçada)
Tərbiyəçinin əsas vəzifəsi bağçalarda və ya ixtisaslaşdırılmış müəssisələrdə müəyyən sayda uşaqların hərtərəfli qayğısına qalmaqdan ibarətdir. Buraya, adətən, uşağın təmiz saxlanılması, təlimatlara uyğun olaraq qidalandırılması və əyləndirilməsi daxildir. O, həmçinin, uşağın fiziki, əqli inkişaf edə və öyrənə biləcəyi təhlükəsiz, əlverişli mühiti təmin edir.
Kompüter ustası
Kompüter ustası
Kompüter avadanlığında, proqram təminatında, stolüstü kompüterlərdə, noutbuklarda, eləcə də digər müvafiq əlaqə sistemlərində baş verən nasazlıqları aradan qaldırır və təmir işlərini həyata keçirir. O, şəbəkə və yardımçı proqramlar qurur, lazım olduğu təqdirdə əməliyyat sistemlərini yeniləyir və ya təkmilləşdirir. O, avadanlıqlardan düzgün istifadə və onlara sadə texniki xidmətlərin göstərilməsi üzrə müştərilərə məsləhətlər verir.
Reklam mətnlərinin tərtibatçısı (kopirayter)
Reklam mətnlərinin tərtibatçısı (kopirayter)
Reklam mətnlərinin tərtibatçısı reklam kampaniyalarında istifadə olunan reklam mətnini tərtib edir. Reklam mətnlərinə televiziya və radio reklamları üçün oxunan ssenarilər, yaxud mətbuat və onlayn rejimində olan reklamların mətnləri daxildir. Reklam mətnlərinin tərtibatçısı eyni zamanda televiziya və radio üçün qısa mahnılar və musiqili şəkillər də hazırlaya bilir.
Kuryer
Kuryer
Kuryer sənədlər, paketlər, bağlama və digər əşyaları piyada, motosikl, avtomobil və ya ictimai nəqliyyat vasitəsi ilə ofislər, idarələr, müəssiələr, şirkətlər, mənzillər və müştərilərə çatdırır. Kuryer öz təlimatlarını ofislərinə məlumat verməklə şəxsən, eləcə də telefon və ya simsiz məlumat xidməti vasitəsi ilə alır.
Müştəri xidmətləri üzrə menecer
Müştəri xidmətləri üzrə menecer
Müştəri xidmətləri üzrə menecer təşkilat ilə onun müştəriləri və ya alıcıları arasında əlaqələrin idarə edilməsi üçün məsul olan şəxsdir. O, çox zaman, informasiya lövhəsini təşkil edir, müəssisənin internet vasitəsilə təqdimatına nəzarət edir və şikayətlər, kompensasiya üçün müraciətlər və digər tələblərə baxmaqla satışdan sonra müştərilərə yardım göstərir. O, təşkilatın müştəri xidməti siyasətinin hazırlanması və digər işçi heyətinin təlim keçməsi, eləcə də müştərilərə yüksək səviyyədə xidmətin göstərilməsi, müştərilər ilə müsbət əlaqələrin yaradılması üçün məsuliyyət daşıyır.