Ticarət, biznes və fərdi xidmətlər

Zooparkda heyvanlara qulluq göstərən işçi
Zooparkda heyvanlara qulluq göstərən işçi
Zooparkda heyvanlara qulluq göstərən işçi, heyvanların qayğısına qalan şəxsdir. O, heyvanların saxlandığı yerlərin (volyerin) təmizliyinə, onların yemlənməsinə görə cavabdehlik daşıyır, eləcə də heyvanların davranışlarına nəzarət edir.
Zərgər
Zərgər
Zərgər zinət əşyaları, o cümlədən qiymətli və yarımqiymətli daşlardan zərgərlik məmulatlarının nümunələrini hazırlayır və düzəldir. İş qızıl və ya digər metalların kəsilməsi, əridilməsi, yayılması, cilalanması, pərçimlənməsi, yonulması, sıxılması, bükülməsi və tökmə üsulu ilə hazırlanmasını əhatə edir. O, daşları bərkitmək və zərgərlik məmulatlarına naxış vurmaq üçün müxtəlif üsullardan istifadə edə bilər, eyni zamanda zərgərlik məmulatlarını təmir (bərpa) edə, yenidən düzəldə və sata bilər.
Yazılı və şifahi tərcüməçi
Yazılı və şifahi tərcüməçi
Şifahi tərcüməçi şifahi nitqi bir dildən digər dilə çevirir. Şifahi tərcümə özündə orjinal mənbə dildəki məzmunu dinləməyi, başa düşməyi və xatırlamağı, daha sonra fikirləri, sualları və nitqləri digər müxtəlif hədəf dildə yenidən ifadə etməyi ehtiva edir. Bu, çox vaxt bir istiqamətdə, əsasən də şifahi tərcüməçinin ana dilinə edilsə də ancaq ikitərəfli əsasda da ola bilər. Onlar iki əsas şifahi tərcümə növü ilə işləyirlər - birbaşa və ardıcıl. Birbaşa şifahi tərcümə tərcüməçidən qarşı tərəf danışarkən dinləməyi və eyni zamanda tərcümə etməyi tələb edir.
Xilasedici (çimərlikdə)
Xilasedici (çimərlikdə)
Xilasedici, adətən çimərlik və müxtəlif istirahət və əyləncə yerlərinin hovuz, akvapark kimi su məkanlarında insanların təhlükəsizliyinə görə məsuliyyət daşıyır. O, üzən insanların təhlükəsiz yerlərdə və təhlükəsiz şəkildə üzməsinə nəzarət edir və onları üzmə barədə düzgün təlimatlandırır.
Video operator
Video operator
Video operator kino və ya videokameralarla işləyən şəxsdir. Video operatorlar kino-filmləri, təqdimat videoları, xəbərlər, sənədli filmlər, televiziya proqramları və reklam çarxları çəkirlər. Onlar sənədli film, sənaye, kommersiya, təhsil filmləri, ssenarilərin çəkilməsi və xəbər buraxılışları üçün tələb olunur. Video operatorlar fərdi şəkildə və ya xüsusi komandanın tərkib hissəsi kimi işləyirlər.
Ticarət mərkəzi direktoru
Ticarət mərkəzi direktoru
Ticarət mərkəzi direktoru topdan və ya pərakəndə satış mərkəzinin gəlirliliyi, saxlanılması və inkişafına məsuliyyət daşıyır. O, müştərilərin strukturu, ticarət məntəqələrinin bölüşdürülməsi, ictimaiyyətlə əlaqələr, reklam tədbirləri və fəaliyyətlərinə, həmçinin vergi və sosial sığorta ödənişlərinə nəzarət edir, eləcə də rəhbərlik və ticarət sahəsinin digər nümayəndələri qarşısında mərkəzin maraqlarını təmsil edir. Eyni zamanda, idarəetmə şurasına strateji konsept sənədlərinin və dövri hesabatlar ilə birlikdə arayışların təqdim edilməsi də onun məsuliyyəti daxilindədir.
Tərbiyəçi (bağçada)
Tərbiyəçi (bağçada)
Tərbiyəçinin əsas vəzifəsi bağçalarda və ya ixtisaslaşdırılmış müəssisələrdə müəyyən sayda uşaqların hərtərəfli qayğısına qalmaqdan ibarətdir. Buraya, adətən, uşağın təmiz saxlanılması, təlimatlara uyğun olaraq qidalandırılması və əyləndirilməsi daxildir. O, həmçinin, uşağın fiziki, əqli inkişaf edə və öyrənə biləcəyi təhlükəsiz, əlverişli mühiti təmin edir.
Təchizat üzrə menecer
Təchizat üzrə menecer
Təchizat üzrə menecer materiallara olan daxili tələbləri öyrənir, ən münasib tenderləri, çərçivə razılaşmalarını və ya təchizat üzrə təklifləri hazırlayır. O, satınalma və təchizatları izləyir, sifarişlə bağlı tələbləri emal edir. O, həmçinin alınan mal və xidmətlərin vaxtında çatdırılmasını, alıcının texniki şərtlərinə cavab verməsini təmin edir.
Texniki rejissor
Texniki rejissor
Texniki rejissor, televiziya proqramlarının görüntülənməsini, tamaşa, film, estrada konsert proqramları, sirk, idman oyunlarının çəkilişini təmin edir. O, proqramın texniki standartlara və estetik qaydalara uyğun şəkildə həyata keçirilməsinə və texniki keyfiyyətinə cavabdehlik daşıyır. Texniki rejissor peşəsi televiziya və radiolarda, internet televiziyalarda, kinostudiya və konsert salonlarında, bir çox yaradıcı studiyalarda mövcuddur.
Tabelçi
Tabelçi
Tabelçi, idarə və müəssisələrdə işçilərin işə gəlib-getmələrinə nəzarət edir və tabel üzrə uçotunu aparır.
Statistik
Statistik
Statistiklər sosial, iqtisadi, elmi, biznes, və digər sahələrdə işlənə bilən məlumatları əldə etmək üçün statistik nəzəriyyə və metodları tətbiq edərək müxtəlif sorğular planlaşdırırlar və kütləvi hadisə, proseslərin kəmiyyət, keyfiyyət məlumatlarını təhlil edir, toplayır ümumiləşdirir, formalaşdırır rəqəm, dioqram, qrafik və s. vasitələrilə şərh edir. O, həmçinin hər hansı bir hadisənin inkişaf meylini müəyyənləşdirmək istiqamətində fəaliyyət göstərir, iqtisadi fəallığı müəyyənləşdirir.
Soyuducu ustası
Soyuducu ustası
Soyuducu ustası evlərdə, mağazalarda, fabriklərdə, ofis binalarında və xəstəxanalarda sənaye, kommersiya və məişət soyuducularını qurur, yerləşdirir, texniki xidmət göstərir, təmir işlərini həyata keçirir. Soyuducu ustasının xüsusi peşə vəzifələri sırasına soyutma hissə və sistemlərinin qurulması, onlara texniki xidmətin göstərilməsi, təmir və dəyişmə işlərinin həyata keçirilməsi daxildir.