Tikinti

Yol tikintisi üzrə mühəndis
Yol tikintisi üzrə mühəndis
Yol tikintisi üzrə mühəndis yollar, suötürücü və kommunikasiya ötürücü borular, drenaj sistemləri, dəmir yolları, hava limanlarının uçuş-enmə zolaqları və digər süni qurğuların tikintisi və təmirinin planlaşdırılması, lahiyələşdirilməsi, smetanın tərtib olunması, cizgilərinin çəkilməsi, nəzarət edilməsi ilə əlaqədar texniki vəzifələri yerinə yetirir.
Yol tikintisi maşınlarının operatoru
Yol tikintisi maşınlarının operatoru
Yol tikintisi maşınlarının operatoru ayrı-ayrılıqda torpağı qazmaq, yerini dəyişmək və hamarlamaq, habelə konsturksiyaları quraşdırmaq, beton tökmək və səthə digər ağır səki daşlarını qoymaq üçün bir və ya bir neçə növ tikinti maşınlarını, o cümlədən avtoqreyder, buldozer, skreper, kompressor, nasoslar, kranlar, mexaniki kürəklər, traktorlar və ya ön tərəfdən yük vuran maşınları idarə edir.
Yol tikintisi işçisi
Yol tikintisi işçisi
Yol tikintisi işçisi yollar və digər səthlərin, o cümlədən uçuş-enmə zolaqları, maşın dayanacaqlarının əraziləri və piyada keçidlərin döşənməsi və təmirində iştirak edirlər. Onlar yolun iş gedən sahəsində təmizlik işləri görür, yola asfalt və beton döşəyir, qatranlanmış səthə çınqıl və ya asfalt yayır, kabel və ya boruları çəkmək üçün yolun səthini qazıyır, eləcə də texnikaların işləyə bilmədiyi sahələrdə yolun səthini presləyir və hamarlayırlar. Onlar ərazilərdə işləyir, maşınlara avadanlıqları yükləyir və boşaldırlar.
Yerölçən
Yerölçən
Yerölçən dəqiq ölçmələr aparır və mülkiyyətin sərhədlərini müəyyən edir. Mühəndislik, xəritəçəkmə, dağ-mədən, torpağın qiymətləndirilməsi, tikinti və digər məqsədlər üçün yerin üst və ya ona yaxın hissəsindəki torpaq təbəqəsinin formasını, konturlarını, qravitasiyanı, yerləşməni, qalxmaları və ya ölçüləri müəyyən etmək məqsədi ilə məlumatları təmin edir. Yerölçən həmçinin, məlumatlar toplayır, mülki tikinti və konstruksiya sxemlərində təbii və süni elementləri təsvir edir və bundan ərazinin planları üçün baza kimi istifadə edir.
Üzləyici-mozaikaçı
Üzləyici-mozaikaçı
Üzləyici-mozaikaçı yeni tikililərdə və ya bütün növ köhnə tikililərin yenidən bərpası zamanı kirəmit və mozaikaları kəsir və döşəyir, texniki tələblərə ciddi riayət etməklə dəqiq ölçü ilə divar və fasadlara örtük vurur. Materiallar adətən kirəmit, kəsmə daşlar, fibro-beton, mərmər və mozaikadan ibarət olur, lakin bəzən plastik və penoplast kimi başqa materiallardan da istifadə olunur.
Tikinti-quraşdırma işlərində energetik
Tikinti-quraşdırma işlərində energetik
O. inşaat və ya təmir tikinti sahələrində elektrik sistemlərinin tərtibatını planlaşdırır və quraşdırılmasına rəhbərlik edir. O, elektrik naqilləri, avadanlıq və qurğuları və şəbəkə açarlarını quraşdırmaq, onlara texniki nəzarət etmək və təmir etməklə yanaşı, elektrik sistemlərini yoxlayır, qiymətləndirir və modifikasiyalar təklif etmək üçün müvafiq məlumatları müəyyən edir.
Tikinti-quraşdırma işlərində elektrik montyoru
Tikinti-quraşdırma işlərində elektrik montyoru
O, elektrik naqilləri, avadanlıqları və şəbəkə açarlarını quraşdırır, onlara texniki nəzarət edir, təmir edir, həmçinin elektrik sistemlərini yoxlayır.
Tikinti işlərinin layihələndirilməsi və icrası üzrə texnik
Tikinti işlərinin layihələndirilməsi və icrası üzrə texnik
Texniklər, mühəndislər və ya memarlara inşaat işlərinin planlaşdırılması, layihələndirilməsi, icrası və monitorinqi sahəsində yardım edirlər.
Taxtapuşçu
Taxtapuşçu
Taxtapuşçu konstruksiyalarını çiləkən (dranka), şifer, qır, alüminium, taxta, gil, tol və kirəmit kimi müvafiq materiallar ilə örtür. Konstruksiyaların hissələrini bərkitmək, germetləşdirmək, izolyasiya etmək və səsi təcrid etmək üçün damlar, yan örtüklər və divarlara maddələr çiləyə bilərlər. Taxtapuşçular yeni dam örtüklərinin quraşdırılması və onların təmiri ilə məşğul olurlar.
Taxta döşəmə və parket ustası
Taxta döşəmə və parket ustası
Döşəmə ustası tikinti işçisi olub taxta, laminat, vinil parket və digər materiallardan istifadə edərək bina və digər tikililərin daxili hissələri üçün döşəmə örtüklərini ölçür, kəsir və vurur. O, döşəmələrə, divarlara və kabinetlərə bloklar, təmas və ya zərbəni, səsi udan materiallar və ya bəzək örtükləri vurur; avadanlıqlar və işıq cihazları kimi maneələri götürür və çıxarır.
Suvaqçı
Suvaqçı
Suvaqçılar suvaq məhlulu və məcunlarını qarışdırır. Hazırlanmış məhlulu və məcunu əl üsulu və ya maşından istifadə etməklə daxili və xarici səthlərə vururlar. Suvaqçı həmçinin quru suvaq, gips-karton lövhələri, müxtəlif təyinatlı və tərkibli suvaq qarışığını daxili və xarici səthlərə vurur.
Şüşəsalan
Şüşəsalan
Şüşəsalan ictimai-iaşə obyektlərinin pəncərələri, vitrinlər və ya binaların fasadları, daxili divarları, tavanlar və stolun üstü kimi səthlərə şüşələr yerləşdirir. Şüşəsalan əsasən iki növ şüşə işini həyata keçirir. Birinci iş pəncərə və qapılara şüşələrin qoyulması, ikinci iş konstruksiyalı şüşələrin qurulmasıdır. Bu cür şüşələr tavanlar, divarlar, binaların fasadları və arakəsmələr üçün bəzək elementi kimi istifadə olunur.