Tikinti

Santexnik
Santexnik
Santexnik boruları, birləşmələri, qızdırıcı, su, qaz və drenaj sistemlərini nizamlayan qurğuları müvafiq normalar çərçivəsində montaj edir, quraşdırır, texniki xidmət göstərir və təmir edir.
Qəlibçi
Qəlibçi
Qəlibçi dəmir və ya fibra vasitəsilə beton lövhələri bərkidir, ziyan dəymiş beton qəlibləri təmizləyir, uyğun beton və əlavələrin qarışığından istifadə etməklə tikinti quraşdırma işlərini həyata keçirir.
Qazma qurğularının operatoru
Qazma qurğularının operatoru
Qazma qurğularının operatoru, müasir qazma maşınlarının köməyilə neft-qaz, tikinti, kəşfiyyat, köçürmə, test quyularının qazılmasını və tikintisini təmin edir. Qazma qurğularının operatorunun vəzifəsi mexaniki, hərəkətsiz və ya portativ qazma maşınları ilə işləmək, onlara nəzarət etmək və idarə etmək, eləcə də qazıntı zamanı qazıma məhlulunun parametrlərinin qorunmasını həyata keçirməkdir. Avadanlıqları idarə etməklə yanaşı, qazmaçı operatorlar maşının gündəlik təmizliyini, texniki xidmətin göstərilməsi və ya kiçik təmir işlərini həyata keçirirlər.
Qaynaqçı və kəsici
Qaynaqçı və kəsici
Qaynaqçı və kəsici tapşırığın texniki xüsusiyyətlərinə uyğun şəkildə alətlərdən, o cümlədən qaynaq tutqacından istifadə etməklə, ən əsası isə yüksək dəqiqliklə və tərtib olunmuş proseduralara uyğun qaydada metal və ya plastik materialları bir-birinə birləşdirir, əridir və kəsir.
Memar
Memar
Şəxsi evlər, ofis binaları, mədəniyyət və ictimai tikililəri planlaşdırır və layihəsini hazırlayır.
Liftlərin quraşdırılması, onlara texniki xidmət və təmir üzrə işçi
Liftlərin quraşdırılması, onlara texniki xidmət və təmir üzrə işçi
Elektrik və ya hidravlik yükqaldırıcı qurğuların, eskalator və liftlərin quraşdırılması, təmir edilməsi, texniki nəzarətdən və sınaqdan keçirilməsi.
Landşaft memarı
Landşaft memarı
Təbii estetik gözəlliyi və iqtisadi səmərəliliyi nəzərə alaraq ictimai və şəxsi ərazilərin, torpaq sahələrinin landşaftını planlaşdırır və dizayn edir.
Küçələrə tava döşəyən
Küçələrə tava döşəyən
Tava düzən şəxs səthi örtmək və nəzərdə tutulan keyfiyyəti təmin etmək üçün beton, keramika, qranit, mərmər və ya digər təbii daşlar, bu kimi davamlı materiallardan hazırlanmış tavaları döşəyir, səth və bünövrələri hazırlayır, müvafiq halda “zərif dekorasiya” adlanan yapışdırıcıdan istifadə etməklə tavaları yapışdırmadan əvvəl “quru montaj” üsulu ilə onları uyğun olması, rəngi və bəzəyinə görə düzəldir.
Kran operatoru (tikinti)
Kran operatoru (tikinti)
Tikintidə kran operatoru material, maşın və ya məhsulları qaldırmaq və müxtəlif istiqamətlərdə hərəkət etdirmək üçün qülləli və mobil kranları istismar edir. Operator, adətən, krana birləşdirilmiş kabinədə, bəzi hallarda isə yerdən yüksəkdə və ya krana əyani nəzarət etmək imkanı verən kənar nəzarət mərkəzində əyləşir. Kranlara pedallar, linglər, nömrələr, kabel və ya kabelsiz elektron panellər, keçiricilər və çubuqlar vasitəsilə nəzarət olunur.
Kartoqraf / Xəritəçəkən
Kartoqraf / Xəritəçəkən
Kartoqraf yeni və ya yenilənmiş xəritə və planları toplayır, qiymətləndirir, layihələndirir, hazırlayır və istehsalına nəzarət edir. O həmçinin, xəritəçəkmə mütəxəssisi də adlanır. Eyni zamanda, kartoqraf xəritəçəkmə texnikası və proseduraları barədə tədqiqat işi apara bilər. O, yer səthini ölçür, onun xəritəsini və planını hazırlayır.
Karkas-üzlüklü konstruksiyaları quraşdıran usta
Karkas-üzlüklü konstruksiyaları quraşdıran usta
Karkas-üzlüklü konstruksiyaları quraşdıran usta qoruyucu konstruksiya və arakəsmələrin qurulması ilə bağlı kompleks işləri yerinə yetirir; komplekt sistemlərdən istifadə etməklə binaların və tikililərin daxili və xarici səthlərinin – tavan, döşəmə, arakəsmə, üzlük və fasadların işlənməsi, yenidən qurulması, təmiri işlərini yerinə yetirir; həmçinin gipsokarton, gips lifli lövhələr, akvapanel tipli sement-mineral lövhələr, penapolistirol və mineral plitələr, hazır inşaat qarışıqlarından istifadə edir.
İsitmə, havalandırma, soyutma sistemləri və avadanlıqları üzrə montajçı
İsitmə, havalandırma, soyutma sistemləri və avadanlıqları üzrə montajçı
İşçilər temperaturu tənzimləyən mexaniki, maye və ya qazla işləyən, elektrik və elektron isitmə, soyutma avandanlıqlarını quraşdırır, onların fəaliyyətinə nəzarət edir və təmir edirlər.