Tikinti

İnteryer dizayner
İnteryer dizayner
İnteryer dizayner bir sıra yerlərin, o cümlədən evlərin, korporativ idarələrin, müəssisələrin daxili şəraitini planlaşdırır və layihələndirir. O, mövcud məkanda sakinlərin optimal tələbləri və funksiyalarını təmin etməklə, daxili məkanlardan səmərəli istifadə edir. İnteryer dizayner tapşırığın layihələndirilməsini müştərinin tələbi və mövcud ərazinin fiziki xüsusiyyətlərinin qiymətləndirilməsini ehtiva edən araşdırma əsasında həyata keçirir. Bəzi dizaynerlər tamaşalar, sərgilər, yarmarka stendləri, pərakəndə satış bölmələrinin layihələndirilməsi və yerləşdirilməsinə görə məsuliyyət daşıyırlar.
İnşaatda keyfiyyətə nəzarət üzrə mütəxəssis
İnşaatda keyfiyyətə nəzarət üzrə mütəxəssis
Keyfiyyətə nəzarət üzrə mütəxəssis müəssisə və təşkilatlarda keyfiyyət siyasətinin hazırlanmasına və həyata keçirilməsinə köməklik edir, işin icrasına nəzarət edir, təhlillər, keyfiyyət qiymətləndirmələri aparır və düzəlişlər təklif edir, həmçinin keyfiyyət standartları, məlumatlandırma ilə bağlı səlahiyyətli qurumlar ilə əməkdaşlıq edir və müəssisəni keyfiyyət normaları haqqında məlumatlandırır. O əsasən tikinti müəssisələri, səlahiyyətli dövlət qurumları və daşınmaz əmlak üzrə məsləhət (konsaltinq) şirkətlərində işləyirlər.
İnşaat rəngsazı
İnşaat rəngsazı
Rəngsazlar tikinti prosesində tamamlama işlərini həyata keçirən işçilərdir. Onlar tikililərin təmir-bərpa işlərini həyata keçirirlər. Onlar su əsaslı sintetik və ya yağlı rənglər kimi öncədən seçilmiş materiallardan istifadə etməklə divar, tavan və fasadlara bəzək örtüyü vururlar. İş hər yerdə həyata keçirilə bilər, lakin bir çox hallarda oxşar xammal ilə bir neçə metoddan istifadə etməklə məhdudlaşdırıla bilər.
İnşaat mühəndisi
İnşaat mühəndisi
İnşaat mühəndisi binalar, sənaye obyektləri, avtomobil yolları, dəmir yolları, hava limanları, körpülər, kanallar, dəniz limanları, dambalar, suvarma sistemləri, kəmərlər, elektrik stansiyaları, su təchizatı və kanalizasiya sistemləri və tullantıların atılması qurğuları kimi obyekt və strukturlarda tikinti və texniki xidmət işlərini həyata keçirir. O, eyni zamanda tikinti zamanı dizayn, hazırlıq, monitorinq və nəzarət kimi mühəndislik funksiyalarını yerinə yetirir.
Hidravlika üzrə mexanik
Hidravlika üzrə mexanik
Hidravlika üzrə mexanik keyfiyyət tələblərinə uyğun şəkildə ağır texnikaların hidravlik sistemlərini (avtomatlaşdırma sistemləri, avtokarları, iş maşınları, proqramlaşdırılmış dəzgahları, pres dəzgahları, kranları və.s) montaj və təmir edir. O hətta enerji qurğuları və onların detalları (əsas və yardımçı) ilə bağlı elmi tədqiqat və layihə fəaliyyəti ilə məşğul ola bilər.
Geoloq
Geoloq
Geoloq yer qabığının tərkibi, quruluş xüsusiyyətləri və tarixini araşdırır, yerin formalaşmasına öz təsirini göstərən proseslərin ardıcıllığını müəyyən etmək üçün dağ süxurları, minerallar və qazıntı halında çıxarılan qalıqları tədqiq edir. Bu peşə kimya, fizika, biologiya, coğrafiya və riyaziyyat elmləri ilə əlaqəli şəkildə geoloji hadisələri izah edir və faktiki olaraq mineral və neft yataqlarının, eləcə də yeraltı su ehtiyatlarının yerini müəyyən etməyə kömək edir.
Dülgər
Dülgər
Dülgər taxtadan, digər ağac materiallarından hazırlanan məmulat və detalları quraşdıran və təmir edən sənətkardır. O, çərçivə, arakəsmə, birləşmə, dayaq və qəliblər, eləcə də pilləkənlər, qapı və pəncərə çərçivələri, möhkəm döşəmələr hazırlayır. Dülgər bina və körpülərin tikintisindən başlayaraq mətbəx mebellərinin quraşdırılmasına qədər müxtəlif tikinti işlərinə cəlb olunur. Tikinti işlərinin müxtəlif növləri olduğu üçün əksər dülgərlər müəyyən sahələr üzrə ixtisaslaşırlar. Ümumiyyətlə, dülgərlər tikintinin bütün sahələri üzrə bilik və bacarıqlara malik olmalıdırlar.
Çertyojçu
Çertyojçu
Çertyojçu, mühəndis və arxitektorların istiqamət verməsi ilə texniki çertyojlar hazırlayır.
Bina və abidələrin mühafizəsi və bərpası üzrə mühəndis
Bina və abidələrin mühafizəsi və bərpası üzrə mühəndis
Bina və abidələrin mühafizəsi və bərpası üzrə mühəndis bina və mədəni obyektlərdə bərpa işlərini idarə edir, əvvəlcədən aparılan əhəmiyyətli qiymətləndirmələrin əməliyyat planına daxil edilməsi, təmir və texniki xidmət işlərinin aparılması üçün ənənəvi tikini texnikasının araşdırılması, tikinti işləri aparan və ya onları başa çatdıran zaman məkanın və onun ətraf ərazisinin mədəni vəhdətinin saxlanması ilə bağlı standartlara əməl edir, bina və konservasiya işləri ilə bağlı idarəetmə planından irəli gələn tələblərə cavab vermək üçün mütəxəssislərdən məsləhət alır.
Bənna
Bənna
Bənna və əlaqədar işçilər divarları, arakəsmələri, arkaları və başqa strukturları qurmaq və təmir etmək üçün kərpic, mişarlanmış əhəng daşı və digər tikinti bloklarını müxtəlif növlü və təyinatlı inşaat məhlulu ilə hörürlər.
Betonçu
Betonçu
Betonçu binalar və tikinti işləri üçün betonu qarışdırır, tökür, yayır, vibrasiya edir və hamarlayır. O, sementi çınqıl, qum və su kimi digər materiallar ilə qarışdırır, adətən nasoslardan istifadə etməklə betonu polad armaturlar üzərinə tökür, həmçinin betonu uyğun forma və ölçüdə saxlamaq üçün karkas və ya taxta qəliblər hazırlayır. Beton töküldükdən sonra betonçular betonu yayır, təmizləyir və atmosfer təsirindən qorumaq üçün lazımi materiallarla izolyasiya edir.
Beton nasosu operatoru
Beton nasosu operatoru
Beton nasosu duru beton qarışığını pompalayan və istənilən yerə ötürən maşındır. Beton nasosu operatorunun vəzifəsi mexaniki, hərəkətsiz və ya portativ beton nasosları ilə işləmək, onlara nəzarət etmək və idarə etmək, eləcə də duru beton qarışığının nasosla çəkilməsi, nəql edilməsi və istənilən yerə tökülməsini həyata keçirməkdir. Avadanlıqları idarə etməklə yanaşı, operatorlar maşının gündəlik təmizliyini, texniki xidmətin göstərilməsi və ya kiçik təmir işlərini həyata keçirirlər.