Turizm

Yaşıl turizm üzrə bələdçi
Yaşıl turizm üzrə bələdçi
Yaşıl turizm üçün bələdçi təbiət və ya kənd təsərrüfatı, meşəçilik və hasilat sənayesi ilə maraqlananlar üçün izahlı gəzintilərin təklif və təşkil edilməsi üzrə ixtisaslaşmış peşəkar bələdçilərdir. Onun əsas vəzifəsi təhlükəsizlik tədbirlərinə ciddi şəkildə riayət etməklə qrupun asudə vaxtının maraqlı təşkil edilməsidir.
Xizək sürmə üzrə təlimatçı
Xizək sürmə üzrə təlimatçı
Təlimatçı insanlara xizəkdə və ya snoubord lövhəsində (qar lövhəsi) əyləncəli, lakin təhlükəsiz şəkildə sürüşmək barədə peşəkar təlimatlar verir. Xidmətlər otellərdə və ya birbaşa olaraq istirahət məkanlarında müxtəlif səviyyələrdə və yaş qruplarında olan qruplara və ya fərdi şəkildə ayrı-ayrı şəxslərə göstərilir. Onlar yarışların və fəal tədbirlərin keçirilməsinə yardım edirlər.
Turoperator
Turoperator
Turoperatorlar tur və səfər proqramlarını planlaşdırır, hazırlayır, təmin edir, qiymətləndirir və müvafiq hesabat verir. Onlar hava yolları şirkətləri, otellər, yerüstü nəqliyyat xidmətləri, tur bələdçiləri, görməli yerlərə səfər təşkil edən şirkətlər, restoranlar və digər müvafiq qurumlar ilə danışıqlar aparmaq və fəaliyyəti əlaqələndirməklə istirahət və tətil paketləri təşkil və təmin edirlər.
Turist nəqliyyatı sürücüsü
Turist nəqliyyatı sürücüsü
Turist nəqliyyatı sürücüsü turistləri seçilmiş marşrut üzrə razılaşdırılmış təyinat nöqtəsinə çatdırır. İşəgötürəndən asılı olaraq avtobusa texniki xidmətin göstərilməsi və yoxlama işlərinin aparılması, sərnişinlərin yüklərinin daşınması, müəyyən sənədləşdirmə işlərinin görülməsi, hesabatların hazırlanması, müştərilərin suallarının cavablandırılması, təlimatların verilməsi, zəruri avadanlıqlar ilə təmin edilməsi və avtobusu düzgün idarə etmək üçün lazım olan digər zəruri işlərin görülməsi tələb oluna bilər.
Turagent
Turagent
Turagent səyahətə hazırlıq ilə bağlı müştərilərə istiqamət verir, təyinat məntəqələrini seçmək və araşdırmaq, eləcə də biletlərin və mehmanxanalarda yerlərin sifarişi ilə əlaqədar müştərilərə kömək göstərir. Eyni zamanda fərdlər və qruplar üçün uzaq məsafəli səyahətlər, səfərlər və ekskursiyaları planlaşdırır, təşkil edir və həyata keçirir.
Təsərrüfat işləri üzrə nəzarətçi
Təsərrüfat işləri üzrə nəzarətçi
Təsərrüfat işləri üzrə nəzarətçi obyektin təsərrüfat işlərinin əvvəlcədən təyin olunmuş normalara əsasən idarə olunmasına görə məsuliyyət daşıyır. O, sadə təsərrüfat işlərini həyata keçirir, illik təsərrüfat planları, investisiyaları və başqa xarici xidmətlər təklif edir. Eyni zamandan enerji sərfinə qənaət edilməsi və obyektin ətraf mühitə təsirinə nəzarətə görə də məsuliyyət daşıyır.
Təmizlik xidməti üzrə menecer
Təmizlik xidməti üzrə menecer
Təmizlik xidməti üzrə menecer obyektin təmizliyi və səliqəsi, onun standartlara uyğun olaraq estetik görünüşə malik olması, sağlam mühitin saxlanılması üzrə məsul şəxsdir. Otellərdə bu şəxs, həmçinin, əşyaların, tekstil və mebel dəstlərinin saxlanması üçün məsuliyyət daşıyır. O, qulluqçuların işini təşkil edir və onlara rəhbərlik edir. O, müvafiq büdcə üçün cavabdeh şəxsdir.
Satış və marketinq mütəxəssisi (turizm müəssisəsi)
Satış və marketinq mütəxəssisi (turizm müəssisəsi)
Satış və marketinq mütəxəssisləri məhsul və xidmətlərin müştərilərin ehtiyaclarına uyğunlaşdırması sahəsində funksiyaları həyata keçirirlər. Əsas diqqət üzbəüz satış fəaliyyətinə yönəldilsə də, potensial bazarların müəyyən edilməsi və istehlakçıların istəklərinin öyrənilməsi istiqamətində fundamental araşdırmalara da yer ayırırlar.
Satış meneceri (turizm müəssisəsi)
Satış meneceri (turizm müəssisəsi)
Turistləri səyahət və qiymətlər barədə məlumatlar ilə təmin etmək, onlara məsləhətlər vermək. Səyahət paketlərini, otellərdə yerləri satmaq və sifariş vermək, tədbirlər və turlar təşkil etmək, viza və sığorta məsələlərini həll etmək.
Rəqəmsal kinofilm nümayişi üzrə operator
Rəqəmsal kinofilm nümayişi üzrə operator
Rəqəmsal kinofilm nümayişi üzrə operator rəqəmsal görüntülü kinoaparatı işə salır, istismar edir və texniki xidmət göstərir. O, filmləri yükləyir və film nümayişi aparatının ətrafının təmizliyini lazımi şəkildə saxlayır.
Qeydiyyatçı (oteldə)
Qeydiyyatçı (oteldə)
Oteldə qeydiyyatçı otel barədə ilk təəssürat yaradır. O, adətən otellərdə və mehmanxana tipli müəssisələrdə çalışır və ön büroya xidmət edir. Oteldə qeydiyyatçının əsas vəzifələrinə qonaqların salamlanması, onların otelə qəbul edilməsi və oteldən yola salınması, həmçinin rezervasiyaların qəbul edilməsi, otaqların ayrılması, qeydiyyatın aparılması, mesajların ötürülməsi və hesabların hazırlanması kimi geniş həcmli inzibati işlər daxildir. O, həmçinin kommutator funksiyasını yerinə yetirir, yerli ərazi barədə, dövlət qurumları və müvafiq müəssisələrlə bağlı məlumatlar verir.
Oteldə konsiyerj (qonaqlara məlumat verən və xidmətlərin satışını təşkil edən əməkdaş)
Oteldə konsiyerj (qonaqlara məlumat verən və xidmətlərin satışını təşkil edən əməkdaş)
Məlumatları qonaqlara çatdırır, müxtəlif nəqliyyat biletlərinin sifarişlərini, ekskursiya, əyləncə və digər xidmətləri qonaqlara təqdim edir, məsləhət verir, təşkil edir, xidmət göstərir, eləcə də y üklərin çatdırılmasına nəzarət edir.