Turizm

Otel xadiməsi
Otel xadiməsi
Otel xadiməsi otel otağını tam olaraq təmizləyir, tozları alır, yataq dəstlərini dəyişdirir, elektrik/elektron cihazların vəziyyətini yoxlayır, sanitar-epidemioloji tələblərə əsasən hamam otağını təmizləyir və eləcə də dezinfeksiya edir, otaqları havalandırır. Ondan eyni zamanda ictimai yerlərin, divarların, pəncərlərin və dəhlizlərin təmizlənməsi də tələb oluna bilər.
Otel animatoru
Otel animatoru
Otel animatoru otelin mövsümi işçisi olaraq qonaqların əyləndirilməsi və uşaqlar, onların valideynləri üçün mədəni tədbirlərin təşkili işi ilə məşğul olur. Animator uşaqlar üçün oyunların təşkil edilməsi, idman tədbirlərinin keçirilməsi, axşam konsertlərinin təşkili və ya otelin qonaqlarına müvafiq bacarıqların öyrədilməsi üçün məsul ola bilər. Animator yerli görməli yerlər, tarix və folklor ilə bağlı müxtəlif tədbirlər təşkil edə bilər.
Ön büro meneceri
Ön büro meneceri
Ön büro meneceri qonaqların yerləşdirilməsi ilə bağlı bütün fəaliyyətləri istiqamətləndirir: otel və otel tipli müəssisələrdə (otel, qonaq evi və digər otel tipləri) ön büronun fəaliyyətini planlaşdırır, yaşayış üçün nömrə təklif edir, şöbənin büdcəsini tərtib edir, işinə nəzarət edir, digər şöbələrlə əlaqələr yaradır və idarə edir. O, işçilərə rəhbərlik funksiyasını yerinə yetirir, təlimlər təşkil edir, işçiləri motivasiya edir, eyni zamanda, müsbət nümunələr göstərir, müəssisənin siyasət və proseduralarını yerinə yetirir.
Ofisiant
Ofisiant
Ofisiantlar fərdi və ya kiçik qrup halında olan müştəriləri qəbul edir, onları masalara ötürür, menyu və içkilər barədə məsləhət verir, sifarişləri qəbul edir, razılaşdırılmış məhsulları masaya verir, təfərrüatlı qəbz hazırlayır və ödənişi qəbul edirlər. Onlar həmçinin, masaları səliqəyə salır və yeni müştərilər üçün hazırlıq görürlər. Ofisiantlar komandanın tərkib hissəsi kimi işləyə bilər qəbul və ya banketlər zamanı xidmət göstərə bilərlər.
Mədəniyyət və idman zallarının baş meneceri
Mədəniyyət və idman zallarının baş meneceri
Mədəniyyət və idman zallarının baş meneceri sahibkarlıq siyasəti və xüsusi idarəetmə məqsədlərinə uyğun olaraq və nəzərdə tutulmuş büdcəyə əsasən təşkilatdakı bütün prosesləri və zaldakı fəaliyyəti idarə edir. Kommunal xərclərə və texniki xidmət səviyyəsinə nəzarət etmək və bir çox hallarda həm də müəssisənin özünü-maliyyələşdirməsinə xidmət edən, gəlir gətirən fəaliyyətləri idarə etmək onun əsas vəzifələrinə daxildir. O həmçinin müxtəlif peşələrə malik çoxsaylı işçi heyətini idarə edir.
Masajçı
Masajçı
Masajçı yumşaq toxuma və oynaqları müalicəvi və bərpaedici (tibbi olmayan) masaj edir, əzələlərin boşalmasına və manipulyasiyasına yardım edən xüsusi hərəkətlər həyata keçirir. O, hərəkət və əzələ gücünün qiymətləndirilməsində iştirak edə, müştəri üçün terapiya planı təklif edə, həmçinin, bədənin fiziki vəziyyətinə dair digər məsələlər ilə məşğul ola bilər.
Konfrans və tədbirlər üzrə təşkilatçı
Konfrans və tədbirlər üzrə təşkilatçı
Konfrans və tədbirlər üzrə təşkilatçının əsas vəzifəsi konfransların və digər geniş həcmli tədbirlərin effektiv və səmərəli şəkildə təşkil edilməsidir. O, konfrans və tədbirlərlə bağlı bütün planlaşdırma işlərini həyata keçirir, tədbirdən əvvəl və sonra yarana biləcək problemlərlə məşğul olmaq üçün tədbirin əvvəlindən sonunadək iştirak edir. Tədbir zamanı adətən gələn qonaqlara yardım edir, onları lazım olan məlumatlar ilə təmin edir, texniki nəticə barədə hesabat verir, müştərilərin fikirlərini öyrənir, eyni zamanda tam və ya qismən loqistika məsələləri üçün də məsuliyyət daşıyır.
İdman masajçısı
İdman masajçısı
İdman fəliyyəti öncəsi və ondan sonra idman masajı ilə təmin edir və müvafiq bərpa proqramları həyata keçirir. Həmçinin, idmançıların yenidən fəaliyyətlə məşğul olmasını sürətləndirmək üçün hazırlıq və zədələrin qarşısının alınması proqramlarını optimallaşdırmaq məqsədilə idman və bədən tərbiyəsi prinsiplərini tətbiq edir. Bu sahə ümumi sağlamlıq sahəsi deyil, idman fəaliyyəti nəticəsində yaranan əzələ-sümük vəziyyəti ilə bağlıdır.
Fizioterapevt (bioloji aktiv nöqtələrin masajı)
Fizioterapevt (bioloji aktiv nöqtələrin masajı)
Yumşaq toxuma və oynaqları müalicəvi və bərpaedici masaj edir. Müxtəlif hərəkət və əzələ gücünün qiymətləndirilməsində iştirak edə bilər və ya müştəri üçün terapiya planı təklif edə bilər. Terapevt masajist zədə və ya xəstəliklərə malik paseintlərə masaj və boşalma metodları təqdim edir, həmçinin bədənin fiziki vəziyyətinə dair digər məsələlər ilə məşğul olur.
Ekskursiya bələdçisi
Ekskursiya bələdçisi
Fərdlər və qruplar üçün səyahətlərin və turların planlaşdırılması, təşkil edilməsi və həyata keçirilməsi.
Dağ turizm marşrutları üzrə bələdçi
Dağ turizm marşrutları üzrə bələdçi
Dağ turizm marşrutları üzrə bələdçi səyahətçilər qrupuna dağ gəzintisi üzrə bələdçilik xidməti təklif edən ixtisaslaşmış peşəkar alpinistdir. Uğurlu dağ bələdçisi təhlükəsizlik mühitini mümkün qədər yüksək səviyyədə təmin etməklə əsrarəngiz dağ ərazilərinə maraqlı və macəralı gəzintilər təklif edə bilməlidir. Əksər bələdçilər müstəqil məşğuldurlar. Onlar adətən müsbət imic formalaşdırmaqla müştəriləri cəlb edirlər. Bələdçilər işlədikləri ərazi barədə məlumatlara malik olmalı və ərazinin bitki və heyvan aləminin xüsusiyyətlərini bilməlidir.
Belman
Belman
Belman (resepşinin və ya qeydiyyatçının köməkçisi) çox zaman tam xidmətli otellərdə müştərilərə fərdi xidmətlər göstərir. O, qonaqları otaqlara ötürür, onların yüklərini otağa və ya otaqdan daşıyır, qapıları açır. O, qəbul otağı və otelin digər xidmətləri ilə müştərilər arasında fiziki əlaqə rolunu oynayır, foye və dəhlizlərin təmizliyini təmin edir, qonaqlara səfər məlumatları, istiqamətlər və digər tələb olunan informasiyanı verir.