Turizm

Baş müdir müavini (mehmanxana)
Baş müdir müavini (mehmanxana)
Mehmanxananın baş müdir müavininin əsas vəzifəsi otelin gündəlik fəaliyyətini effektiv şəkildə və büdcəyə uyğun olaraq təmin etmək məqsədilə bütün problem və məsələlər ilə məşğul olmaqdır. O, bütün düpartamentlərə, o cümlədən təsərrüfat, reklam, marketinq və sifariş, ərzaq və içkilər departamentlərinə nəzarət edir, həmçinin, xüsusi tədbirlərlə bağlı bütün məsələlər üçün məsuliyyət daşıyır.
Baş menecer (restoran)
Baş menecer (restoran)
Restoranın baş meneceri restoranlarda gündəlik fəaliyyətin idarə edilməsi ilə məşğul olur, ümumi mədəni xidməti təmin edir. Menyuların təsdiqində iştirak edir, maliyyə məsələlərini idarə edir və gözlənilən nəticələri ölçür. O, işçi heyətinə nəzarət edir, işə götürmə və işdən azad etmə fəaliyyətini həyata keçirir. Texniki xidmətə və razılaşdırılmış səviyyədə yeniləşdirmələrə görə məsuliyyət daşıyır. Ekoloji və gigiyenik standarlara riayət olunmasını gözləyir. Biznes planları, illik planları və inkişaf strategiyalarını təklif edir.
Baş menecer (otel)
Baş menecer (otel)
Oteldə baş menecerlər korporativ siyasət və idarəetmə məqsədlərinə uyğun olaraq, mehmanxanaların təşkilati və idarəetmə məsələləri sahəsində kommersiya proseslərini istiqamətləndirirlər.Onlar şöbələrin fəaliyyətini əlaqələndirirlər. Baş menecerin əsas vəzifələrindən biri, mühasibat və işçi heyətinin idarə olunmasına nəzarət etməkdir.
Barmen
Barmen
Barmen bar, mehmanxana və ya restoranda içkiləri və qəlyanaltıları hazırlayan, xidmət göstərən, eləcə də inventarizasiya və mühasibatlığa məsuliyyət daşıyan şəxsdir.
Banket meneceri
Banket meneceri
Banket meneceri banket və ya tədbirin bütün məsələləri, o cümlədən marketinq, planlaşdırma, məkanın hazırlanması, menyunun seçilməsi və ərzağın hazırlanması, yeməyin masaya verilməsi və təmizlik işlərinə nəzarət edir. Banket meneceri həmçinin banket işçilərinin işə götürülməsi, təlimi, təlimatlandırılması, nizam-intizamı məsələlərinə baxır və onların işinə nəzarət edir.
Attraksion operatoru
Attraksion operatoru
Attraksion operatoru karusel və ya digər əyləncə attraksionlarının fəaliyyətini lazımi şəkildə təmin edən şəxsdir. O, attraksionu hərəkətə gətirən cihazlar vasitəsilə attraksionu idarə edir və attraksionun fəaliyyətini sona qədər nəzarətdə saxlayır. Bu peşə sahibi prosesin təhlükəsiz həyata keçirilməsinə cavabdehdir.
Attraksion müdiri
Attraksion müdiri
Attraksion müdiri sahibkarın müəyyən etdiyi qaydalara və xüsusi idarəetmə məqsədlərinə uyğun olaraq attraksionların təşkili və idarə olunması istiqamətində bütün proseslərə rəhbərlik edir,mövcud büdcəyə uyğun fəaliyyətləri əlaqələndirir, müxtəlif peşə sahiblərindən ibarət işçi heyətini idarə edir. Onun əsas vəzifələrindən biri texniki xidmət və xidmət proqramlarının idarə olunmasıdır. Bir çox hallarda, müəssisənin özünün maliyyələşməsinə yönələn gəlir gətirən ümumi fəaliyyətlərə də nəzarət edir.
Aşpaz
Aşpaz
Aşpazlar ictimai iaşə sektorunun və ərzaq xidməti müəssisələrinin və şirkətlərinin əsas simasıdır. Aşpaz əsas etibarilə, menyunu planlaşdırır, xammalı seçir və alır, müştərilər üçün ərzağı bişirir və ya onun bişirilməsinə nəzarət edir. Onların xüsusi vəzifələri çalışdıqları müəssisənin növündən və həcmindən asılı olaraq dəyişir. Büdcə daxilində yeməyin seçilməsi, ədviyyatların əlavə edilməsi, bişirilməsi və təqdim edilməsi onların fəaliyyətinə aiddir. Aşpazlar gigiyenik normaların saxlanılması, ərzağın təhlükəsizliyinin təmin edilməsi və tullantıların idarə edilməsi üçün məsuliyyət daşıyır.